Slimfit
  1. CƏMİYYƏT

Bakıda hoteldə yanğın olub, ana və körpəsi xilas edilib

Bakıda hoteldə yanğın olub, ana və körpəsi xilas edilib
Sakura

Bakıda hoteldə yanğın olub, ana və körpəsi xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Nərimanov rayonunda yerləşən hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

Ens.Az-ın məlumatına əsasən,FHN-dən "Report"a bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 4 500 kv.m olan beşmərtəbəli hotelin 1-ci mərtəbəsində yerləşən elektrik açarlarında baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək hotel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın birinci mərtəbəsində divara bərkidilmiş 7 ədəd elektrik qoruyucu açarı və 2 p.m. elektrik kabeli yanıb. Hadisə zamanı köməksiz vəziyyətdə qalan ana və 2024-cü il təvəllüdlü körpə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hotel binası yanğından mühafizə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR