Slimfit
  1. MEDİA

Bakıda "Günəşin axtarışında" beynəlxalq işçi qrupunun fəaliyyətininn nəticələri açıqlanacaq

Bakıda "Günəşin axtarışında" beynəlxalq işçi qrupunun fəaliyyətininn nəticələri açıqlanacaq
Sakura

Bakıda "Günəşin axtarışında" beynəlxalq işçi qrupunun fəaliyyətininn nəticələri açıqlanacaq

Dekabrın 25-də, saat 11.00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Günəşin axtarışında” beynəlxalq iş qrupun tədbiri keçiriləcək.

Qeyd edək ki, "Günəşin axtarışında" qrupu 2018-ci ilin aprel ayında Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü ilə mənəvi ənənələrin, mədəniyyətlərin xüsusiyyətlərinin və dinlərarası dialoqun müqayisəli araşdırılması üzrə UNESCO kafedrasının dəstəyi ilə MEK-in bazasında yaradılıb. İşçi qrupuna Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Litva və digər ölkələrdən olan alimlər, ictimai xadimlər, fəallar, tarixçilər daxildir.

Tədbirə AMEA-nın müxtəlif institutlarının, icra hakimiyyətinin, bələdiyyələrin, QHT-lərin, KİV-lərin, Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin və digər qurumların nümayəndələri dəvət olunub. Tədbirdə 2018-2019-сu illər üzrə fəaliyyətə dair  təqdimat keçiriləcək, abidələrin qorunması və "Günəşin axtarışında" işçi qrupun fəaliyyətinin hakimiyyət orqanları, dövlət idarələri və digər qurumlar tərəfindən dəstəklənməsi məsələləri müzakirə ediləcək. Eləcə də tədbirdə "Günəşin axtarışında" işçi qrupunun üzvlərinin rəyinə əsasən, 2020-2021-ci illərdə bərpa olunmalı və qorunmalı tarixi və memarlıq abidələrinin siyahısı təqdim olunacaq.

2018-2019-cu illərdə "Günəşin axtarışında” qrupunun fəalları Azərbaycan, Gürcüstan və Dağıstan (Rusiya) bölgələrində 80 dəfədən çox ekspedisiyada olublar. Səfərlərin nəticəsi olaraq, MEK-in mütəxəssisləri sistemli şəkildə elektron kataloqda və rəqəmsal bazada pasportlaşdırmaq üçün zəngin epiqrafik və etnoqrafik material toplayıb. Bölgələrə edilən ekspedisiyaların nəticələri mediada bir sıra məqalə və publikasiya formasında işıqlandırılıb. Sosial şəbəkələrdə "Günəşin axtarışında" fəaliyyətini əhatə etdirən və bir neçə min aktivist və həvəskarı bir araya gətirən və aktiv fəaliyyət göstərən müxtəlif səhifələr yaradılıb.

“Günəşin axtarışında” qrupu günəş işarələrini, müxtəlif tamqaları, epiqrafikanı və Qafqazın orta əsr memarlığını öyrənməyin müxtəlif metodlarından istifadə edir. MEK-in koordinasiyası ilə bölgənin etnoqrafik və mədəni irsinin öyrənilməsi, təsdiqlənməsi və qorunması üçün layihələr həyata keçirilir. Diqqət mərkəzində abidələr, qəbiristanlıqlar, qoç daşları (totem daş qoç və atlar), qorunmağa və bərpaya ehtiyacı olan ibadət yerləridir. Tədqiqatlar Azərbaycan, Gürcüstan və Dağıstan (Rusiya) bölgələrini əhatə edib.

İşçi qrup UNESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, tarixi irsin öyrənilməsi və qorunması sahəsində ixtisaslaşmış digər beynəlxalq təşkilatlar, tədqiqat mərkəzləri və QHT-lərlə əməkdaşlığı genişləndirir. Tarixi irsin vəziyyətinə cavabdehlik yaratmaq,  monitorinq və inventarlaşdırma məqsədilə əhalinin məktəb yaşından başlayaraq müxtəlif qruplarını monitorinq və inventarizasiya prosesinə cəlb etmək və yay məktəblərinin açılması planlaşdırılır. İşçi qrupun məqsədlərindən biri də Azərbaycanın bölgələrində turizmin inkişafına kömək etməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR