Slimfit
  1. İQTİSADİYYAT

Bakıda Dövlətlərarası Aviasiya Komitəsinin aeronaviqasiya komissiyasının iclası keçirilir

Bakıda Dövlətlərarası Aviasiya Komitəsinin aeronaviqasiya komissiyasının iclası keçirilir
Sakura

Bakıda Dövlətlərarası Aviasiya Komitəsinin aeronaviqasiya komissiyasının iclası keçirilir

Aprelin 3-də Bakıda Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) aeronaviqasiya üzrə koordinasiya komissiyasının 19-cu iclası keçirilir.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AZAL-ın dəstəyi ilə keçirilən iclasın əsas mövzusu “Aeronaviqasiyada innovasiya texnologiyaları və uçuşların meteoroloji təminatı” olub.

İclasın açılışında AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərxan Quliyev, Dövlətlərarası Şuranın Aviasiya və Hava Məkanından İstifadə üzrə icraçı direktoru Eldar Bağırzadə və DAK-ın sədr müavini Konstantin Kleşev çıxış edib.

İclasda, həmçinin mülki aviasiya haqqında sazişə üzv ölkələrin aeronaviqasiya və meteoroloji xidmətləri, elmi tədqiqat institutları, elm-istehsalat mərkəzləri və təşkilatları, habelə təhsil müəssisələrinin rəhbərləri və ekspertləri iştirak edirlər. Müşavirə iştirakçıları iclasın yüksək səviyyədə təşkilini, məzmunlu və maraqlı təqdimatların keçirildiyini vurğulayıb.

Qeyd olunub ki, müasir texnologiyaların tətbiqi uçuşların təhlükəsizlik səviyyəsinin artırılması üçün əsas amillərdən biridir.

Səfər çərçivəsində iştirakçılar, həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS), Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) və Milli Aviasiya Akademiyasının fəaliyyəti ilə tanış olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR