Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Bakıda direktor müavini olan şəxsə Naxçıvanda vəzifə verdilər

Bakıda direktor müavini olan şəxsə Naxçıvanda vəzifə verdilər
Sakura

Bakıda direktor müavini olan şəxsə Naxçıvanda vəzifə verdilər

Şərur Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, TŞ-nin müdiri vəzifəsinə Əli Mehdiyev gətirilib.

Yeni müdiri kollektivə R.Məmmədov və Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İmran Əliyev təqdim ediblər.

 

Qeyd edək ki, Ə.Mehdiyev 27 il pedaqoji staja malikdir, əvvəllər Şərur şəhər 1 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və direktoru işləyib.

Son iş yeri isə Bakı şəhər 136 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsi olub.

Şərur Rayon Təhsil Şöbəsinin bundan əvvəlki müdiri Malik İsmayılov isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aparat rəhbəri təyin olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR