Slimfit
  1. CƏMİYYƏT

Bakıda dənizdə müəmmalı şəkildə boğulan yeniyetmələrdən sonuncusunun da meyiti TAPILDI

Bakıda dənizdə müəmmalı şəkildə boğulan yeniyetmələrdən sonuncusunun da meyiti TAPILDI
Sakura

Bakıda dənizdə müəmmalı şəkildə boğulan yeniyetmələrdən sonuncusunun da meyiti TAPILDI

İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərdən sonuncusunun - 2007-ci il təvəllüdlü Ağaşirin Ramin oğlu Ağayevin cəsədi bu gün günorta saatlarında suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Ağaşirin Ağayevin axtarış əməliyyatında FHN Aviasiya dəstəsinin bir ədəd helikopterindən də istifadə olunub.

Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri də əməliyyatda iştirak ediblər.

Xatırladaq ki, dünən axşam FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə üç nəfərin - 2007-ci il təvəllüdlü Ağaşirin Ramin oğlu Ağayev, 2008-ci il təvəllüdlü Abid Asif oğlu Aslanov və 2009-cu il təvəllüdlü Anar Asif oğlu Aslanovun batması barədə ilkin məlumat daxil olub. Bu gün səhər saatlarında üç nəfərdən ikisinin - Abid və Anar Aslanovların cəsədləri suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR