Slimfit
  1. CƏMİYYƏT

Bakıda çimərliklər açılıb, bir şərtlə...

Bakıda çimərliklər açılıb, bir şərtlə...
Sakura

Bakıda çimərliklər açılıb, bir şərtlə...

Bakıda sərt karantin rejimi tətbiq olunsa da, insanların çimərliklərə getməsinə icazə verilir.

Ens.az xəbər verir ki, HİT.Az-ın əməkdaşı öyrənib ki, SMS icazə yazaraq dənizdə sərinlənməyə gedənlər var. Onlar plyajda polis əməkdaşına icazə aldığını göstərir və dənizə daxil olur. 

Müxbirimizə verilən məlumata görə, belə vətəndaşlar az deyil və onlar 3 saatlıq icazə alaraq çimərliyə üz tuturlar. 

Qeyd edək ki, karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələyə baxılacağı bildirilmişdi. Bununla əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə çimərliklərdə monitorinqlərin aparılacağı və xüsusi qaydalara riayət olunduğu halda çimərliklərdən istifadə etmək məsələsinin mümkünlüyü qeyd olunmuşdu.

Odur ki, ötən həftə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun iştirakı ilə İcra nümayəndələri ictimai çimərliklərdə olub və çimərliklərin hazırkı vəziyyətini yerində dəyərləndirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR