Slimfit
  1. İQTİSADİYYAT

Bakıda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndrilməsi üzrə beynəlxalq seminar keçirilib

Bakıda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndrilməsi üzrə beynəlxalq seminar keçirilib
Sakura

Bakıda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndrilməsi üzrə beynəlxalq…

Bu gün Bakıda Beynəxlaq Bərpa Olunan Enerji Agentliyinin (IRENA), eləcə də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatçılığı ilə ölkədə bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndrilməsi üzrə beynəlxalq seminar keçirilib.

Report”un məlumatına görə, seminarda Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov, ABOEMDA-nın sədr müavini Cəmil Məlikov, İRENA-nın Baş proqram icraçısı Prasson Aqarval və Ölkə tərədaşlığı üzrə direktoru Gürbüz Gönül, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Seminarın məqsədi Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətinin şərtləri, mövcud çətinlikləri və imkanları müzakirə etmək, eləcə də bərpa olunan enerji sahəsində maraqlı tərəfləri bir araya gətirmək olub.

Z.Məmmədov bildirib ki, Azərbaycanda alternativ enerji sahəsinin inkişafı çərçivəsində hərraclara çıxarılacaq 8 coğrafi ərazi üzrə layihələrin ümumi gücü 750 meqavat təşkil edir.

Onun sözlərinə görə, sözügedən ərazilərdə investisiyaları cəlb etməklə 5 külək və 3 günəş enerjisi stansiyasının tikintisi planlaşdırılır. 

Seminarda çıxış edən ABOEMDA-nın sədr müavini Cəmil Məlikov söyləyib ki, ABOEMDA-nın "Strateji Yol Xəritəsi"nə uyğun olaraq, başlıca hədəfi 2020-ci ilə gədər 420 MVt qoyuluş gücü olan külək, günəş və bio enerji stansiyaların quraşdırılması üzrə fəaliyyət davam etdirilir.

Daha sonra G.Gönül bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə təqdimatla çıxış edib. O bildirib ki, 2020-ci ildə dünyada enerji panellərinin istehsal qiyməti azalacaq və bu da öz növbəsində günəşdən alınan enerjinin qiymətini ucuzlaşdıracaq.

Onun sözlərinə görə, dünyada bərpa olunan enerjiyə keçid bir çox ölkələrdə kömürdən istifadəni azaldacaq və havaya atılan çirkli tullantıların azalmasına səbəb olacaq. Bərpa olunan enerjiyə keçid ekologiyaya böyük fayda verəcək: “İllik olaraq dünyada 160 milyon dollar qənaət etməyə imkan yaradacaq. Azərbaycanda bərpa olunan enerji üçün çox böyük potensial var. Ölkənin bu sahədə inkişafı davam edir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR