Slimfit
  1. AZƏRBAYCAN

Bakıda avtoxuliqanın YPX-dən qaçma anı

Bakıda avtoxuliqanın YPX-dən qaçma anı
Sakura

Bakıda avtoxuliqanın YPX-dən qaçma anı

Bakıda qaydaları pozaraq avtoxuliqanlıq edən sürücü kameraya düşüb.Avtosfer.az xəbər verir ki, 99 AC 980 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü yol polisinin saxla işarəsinə tabe olmayaraq sürəti artırır və qaçır. Sürücünün  sərxoş olduğu ehtimal olunub. Bundan sonra sürücü təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarını riskə atıb. Hətta Səbail rayon DYP-nin qarşısında geriyə dönərək nəqliyyat axınının əksinə hərəkət edib.

Daha da təhlükəli vəziyyət yarandığnı görən yol polisləri onu təqib etməyi dayandırıblar. Bundan sonra nəqliyyat vasitəsi axtarışa verilib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, artıq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları növbəti gün sürücünü aşkarlanaraq barəsində inzibati qaydada tənbeh tədbiri görüblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR