Dərc edildi: Baxış sayı: 505
Bakıda Arıçılıq Konfransı keçiriləcək
Yanvarın 26-27-də Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a bildiriblər ki, konfransın əsas məqsədi arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır.
Konfransda Almaniya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan olan elm adamları öz təcrübələrini yerli arıçılarla bölüşəcəklər.
Beynəlxalq tədbirdə müvafiq dövlət orqanlarının, ictimai birliklərin nümayəndələri və iş adamları iştirak edəcəklər.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət