Dərc edildi: Baxış sayı: 815
Bakı, Sumqayıt və Abşeronda dərslərin keçirilmə forması açıqlanıb
Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.
Bu barədə Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarında öz əksini tapıb.
Qeyd edək ki, mövcud qərara əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində mayın 17-dən əyani tədris forması qismən bərpa ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət