Slimfit
  1. CƏMİYYƏT

“Bakı sərnişin nəqliyyatı pandemiya ilə mübarizədə ön cəbhədədir” – Şirkət rəhbəri Babək Aslanov

“Bakı sərnişin nəqliyyatı pandemiya ilə mübarizədə ön cəbhədədir” – Şirkət rəhbəri Babək Aslanov
Sakura

“Bakı sərnişin nəqliyyatı pandemiya ilə mübarizədə ön cəbhədədir” – Şirkət rəhbəri Babək Aslanov

“Qlobal bəlaya çevrilən koronavirus pandemiyası ilə bağlı dünyanın əksər ölkələrində ciddi sosial-iqtisadi çətinliklər müşahidə olunur. Azərbaycanda isə ölkə başçısının həyata keçirdiyi sistemli tədbilər sayəsində ölkəmizdə koronavirus pandemiyasının mənfi təsirləri daha az hiss olunmaqdadır. Xüsusi ilə iqtisadi sferada mühüm addımlar atılıb. Kiçik və orta sahibkarlığın iqtisadi dalğalanmalardan qorunması məqsədi ilə əhəmiyyətli iqtisadi paketlər işlənib hazırlanıb”.

Ens.az xəbər verir ki,bu sözləri Turkustan.info-ya açıqlamasında paytaxtda sərnişin daşımasında fəaliyyəti ilə seçilən “Vətən-Az” Şirkətinin rəhbəri Babək Aslanov bildirib.

B.Aslanovun sözlərinə görə  dövlətin bu dəstəyinə qarşılıq olaraq bu gün biz sahibkarların üzərinə də böyük məsuliyyət düşür: “Sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkarlıq subyekti olaraq bildirim ki, bu gün bizim üzərimizə düşən məsuliyyət daha böyükdür. Lakin tənzimləyici qurum olaraq Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi düzgün yanaşma, şəffaf idarəetmə sistemi Bakı şəhərində sərnişindaşımaların təşkilində möcvud çağırışlara operativ reaksiya verməyimizə imkan yaradır. Məhz bu yanaşmanın nəticəsidir ki, metronun çalışmadığı iki aydan artıq müddətdə sərnişindaşımaları ancaq avtobuslarla icra edildi. Hər gün maksimal sayda avtobusun xəttə çıxarılması əlavə olaraq ehtiyat avtobusların ayrılması özü-özlüyündə çox çətin ağır bir prosesdir. Normalda bu işləri etmək üçün günlərlə vaxt sərf olunur. Həm avtobuslar hazırlanmalıdır, sürücülər təlimatlandırılmalıdır, marşrut xətti onlara tanıdılmalıdır. Ancaq bu gün bizim belə bir vaxt imkanımız yoxdur. Adi rejimdə bu gün bizi eyni zamanda həm sərnişinlərin həm də sürücülərin və qarajdakı personalın sağlamlığının qorunması üçün də tədbirlər görürük. Elə bu tədbirlərin nəticəsidir ki, bu gün sürücülər arasında qarajda çalışan personal arasında ciddi yoluxma hallı yoxdur”.

Şirkət rəhbəri bildirdi ki, bu qədər insan əməyinin sərf olunmasına baxmayaraq bəzən sosial şəbəkədə kimlərinsə rastlaşdığı bir hadisəni əlində əsas götürərək sərnişindaşımaların təşkilini hədəfə alması təəssüf doğurur: “Bütün bunlar Bakı Nəqliyyat Agentliyinin bu gün şəhər nəqliyyatı üçün gördüyü işlərə ləkə yaxmaqdır, insanlarda çaşqınlıq yaratmağa xidmət edən lazımsız hərəkətlərdir. Amma bu cür hallar bizi işimizdən soyutmur. Biz bilirik ki, bu gün pandemiyanın ön cəbhəsindəyik. Bizim üzərimizdə böyük məsuliyyət var. Buna görə də bütün qüvvəmizi səfərbər etmişik Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi qaydada gündəlik sərnişinlərimizə xidmət edirik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR