Slimfit
  1. AZƏRBAYCAN

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi birinciləri sevindirdi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi birinciləri sevindirdi
Sakura

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi birinciləri sevindirdi

Bu il ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən məktəbli çantası və ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, baş idarənin rəisi Raqif Abbasov ilk dəfə məktəbə gedən uşaqları “Bilik günü” münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

Çıxışdan sonra paytaxtın 11 inzibati rayonundan gəlmiş və ilk dəfə məktəbə gedəcək uşaqlara məktəbli çantası və ləvazimatları hədiyyə verilib.

Tədbirdə iştirak edən valideynlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını ifadə ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR