Slimfit
  1. DÜNYA

İran "Hizbullah"a kömək etmək üçün qoşun göndərmək niyyətində deyil

İran "Hizbullah"a kömək etmək üçün qoşun göndərmək niyyətində deyil
Sakura

İran "Hizbullah"a kömək etmək üçün qoşun göndərmək niyyətində deyil

"İran "Hizbullah" hərəkatına kömək etmək üçün öz qoşunlarını göndərməyi planlaşdırmır, Livan özünü müdafiə edə biləcəyini sübut edib".

Oxu.Az-ın TASS-a istinadla məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bəyan edib.

"Regionun (Yaxın Şərqin), o cümlədən Livan və Fələstinin hökumətləri, ölkələri və bütün xalqları sionist rejiminin (İsrailin) təcavüzündən qorunmaq üçün bütün lazımi imkanlara malikdirlər. Livan bu işğalçı rejimi (İsrail nəzərdə tutulur - red.) məğlub etmək qabiliyyətində olduğunu sübut edib. İran İslam Respublikasının könüllülər və ya köməkçi qüvvələr göndərməsinə ehtiyac yoxdur", - deyə Kənani mətbuat konfransında bildirib.

İslam Respublikasının XİN nümayəndəsi Tehranın İsrailin heç bir təcavüzkar hərəkətini cavabsız qoymayacağını bildirib, İran hökumətinin Livan hakimiyyəti ilə birlikdə Həsən Nəsrullanın öldürülməsindən sonra regiondakı vəziyyəti izlədiyini vurğulayıb.

 

"İran birinci vitse-prezident Məhəmməd Rza Arifin Livan Baş naziri Nəcib Mikati ilə söhbətindən sonra səylərini davam etdirir. Biz Livan hakimiyyəti ilə əlaqədəyik və vəziyyəti izləyirik. İran sionist rejiminin (İsrailin - red.) heç bir təcavüzkar hərəkətini cavabsız qoymayacaq, rejim öz cinayətlərinə görə cəzasız qalmayacaq", - deyə Kənani mətbuat konfransında bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR