Slimfit
  1. İDMAN

Xankəndidə yaradılan futbol klubunun loqosunun mənası AÇIQLANDI

Xankəndidə yaradılan futbol klubunun loqosunun mənası AÇIQLANDI
Sakura

Xankəndidə yaradılan futbol klubunun loqosunun mənası AÇIQLANDI

Xankəndidə yaradılan futbol klubunun loqosunun mənası açıqlanıb.

Ens.az Referans.az-a istinadən xəbər verir ki,  bu barədə klubdan məlumat verilib.

Bildirilib ki, loqo bir döyüş qalxanı üzərində təsvir olunub. Türk mədəni-tarixi irsində "Qalxan" - gücün, qoruma hissinin, təhlükəsizliyin, hüzurun, səadətin simvoludur.

Göy rəng - yuxarıda sonsuz səmanın rəngidir - əbədiyyət, ucalıq və sadiqlik rəmzidir.

Ağ rəng - dürüstlük, ədalət, güvən, hörmət, saflıq kimi simvollaşdırılır.

Sarı rəng - ən mərkəzdə olan Günəşin rəngi və əlaməti - ölkənin və dünyanın mərkəzi kimi mənalandırılır. Suverenliyi, əbədi qüdrəti, işığı təmsil edir.

 

Xankəndi XVIII əsrin axırlarında, o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ Xanlığı başçılarının - Xanların və ailə üzvlərinin istirahəti üçün salınmış şəhərdir. O vaxtlar burada Xan Ailəsi və onun yaxınları yaşadığından, el arasında "Xanın kəndi" kimi məşhur idi. Bir müddət sonra bu şəhər Xankəndi adlandırılır. Loqodakı tac Xanlığı ifadə edir. Xankəndi şəhəri Qarabağın ən dilbər guşələrindən biridir. Xanlar bu səfalı yerlərdə Qarabağın cins atlarını yetişdirirdilər. Loqodakı at Qarabağ atlarını, o cümlədən gücü, məğrurluğu, dözümlülüyü, dostluğu və sədaqəti təmsil edir. Futbol topu Xankəndi şəhərinin futbol klubunu təmsil edir. Buğda sünbülü bolluğu, ruzi və bərəkəti təmsil edir.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR