Slimfit
  1. SİYASƏT

Bakı nota verən kimi Zatulin dəyişdi: Sözlərimi təhrif ediblər

Bakı nota verən kimi Zatulin dəyişdi: Sözlərimi təhrif ediblər
Sakura

Bakı nota verən kimi Zatulin dəyişdi: Sözlərimi təhrif ediblər

Mənim sözlərim təhrif olunub.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında rusiyalı deputat Konstantin Zatulin Azərbaycanın Rusiyaya onun çıxışıyla bağlı verdiyi notanı şərh edərkən deyib.

“Mənim sözlərimi təhrif edirlər, amma çıxışımın stenoqramı var. Mən Azərbaycanın ünvanına pis heç nə deməmişəm. Yalnız demişəm ki, biz Qarabağ konfliktinin sülh yolu ilə həllinin tərəfdarıyıq və istənilən hərbi təhdidə qarşı çıxırıq”, – deyə o bildirib.

Bununla bərabər, Zatulin Azərbaycana xoş arzular dilədiyini və Rusiya-Azərbaycan münasibətlərinin inkişafına ümid etdiyini deyib.

 

Qeyd edək ki, Zatulin bundan öncə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Zatulinin bu addımına və Xankəndidə səsləndirdiyi fikirlərə aydınlıq gətirilməsi üçün Azərbaycan XİN Rusiyaya nota verib.

Rusiya Duması isə Zatulinin açıqlamasının Rusiyanın mövqeyini qətiyyən əks etdirmədiyini bəyan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR