Slimfit
  1. CƏMİYYƏT

Bakı metrosunun fəaliyyəti bərpa olunur? – AÇIQLAMA

Bakı metrosunun fəaliyyəti bərpa olunur? – AÇIQLAMA
Sakura

Bakı metrosunun fəaliyyəti bərpa olunur? – AÇIQLAMA

Nazirlər Kabinetinin qərarına əsasən, Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyətinin dayandırılmasının sentyabrın 15-dək uzadılması metronun açılması məsələsini yenidən gündəmə gətirib.

Ens.az xəbər verir ki, Mövzu ilə bağlı Qazet.az-ın suallarını cavablandıran Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hələ ki, bununla bağlı tapşırıq və qərarın olmadığını qeyd edib.

“Bizim infrastrukturumuzun mürəkkəb və çoxşaxəli olmasına baxmayaraq, saz və işlək vəziyyətdə olması diqqət altındadır. Qərarın verilməyi metropolitenin infrastrukturu və texniki tərəfləri ilə bağlı deyil. Bu qərar ölkədəki epidemioloji vəziyyətə bağlı olaraq, Operativ Qərargahda tənzimlənir”,- deyə B. Məmmədov əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli qərarına əsasən, Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı bənddə “31 avqust” sözləri “15 sentyabr” sözləri ilə əvəz edilib. Başqa sözlə, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 15 sentyabr saat 06:00-dək dayandırılıb.

Xatırladaq ki, iyulun 4-dən metronun fəaliyyəti dayanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR