Dərc edildi: Baxış sayı: 1616
Bakı metrosunda ölüm
Bakıda metroda ölüm hadisəsi baş verib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki “Bakı Metropoliteni” QSC-nin verdiyi məlumatına görə, hadisə bu gün səhər saat 06:06-da qeydə alınıb.
“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə xəttə çıxan qatarın maşinisti sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib.
Dərhal təcili tibbi yardım xidməti dəvət edilməklə sərnişin “Neftçilər” stansiyasında düşürüldükdən sonra dünyasını dəyişib.
Tibb heyəti 70 yaş civarında olan sərnişinin vəfat etməsi faktını təsdiqləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət