Bakı məktəbliləri arasında keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıb
Paytaxt məktəbliləri arasında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə bədii qiraət, inşa yazı və rəsm müsabiqələri keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, “Mənim bayrağım” adlı müsabiqələr məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, şagirdlərin yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaq məqsədilə təşkil olunub.
Xəzər rayonu üzrə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən müsabiqələrin nəticələrinə əsasən, bədii qiraət müsabiqəsində BŞTİ-nin tabeliyindəki 26 nömrəli tam orta məktəbin şagirdi I, 125 nömrəli tam orta məktəbin şagirdi II, 234 nömrəli tam orta məktəbin şagirdi III yerə layiq görülüb. İnşa yazı müsabiqəsində 322 nömrəli tam orta məktəbin şagirdi I, 124 nömrəli tam orta məktəbin şagirdi II, 326 nömrəli tam orta məktəbin şagirdi III yeri tutub. Rəsm müsabiqəsində isə 26 nömrəli tam orta məktəbin şagirdi I, 156 nömrəli tam orta məktəbin şagirdi II, 241 nömrəli tam orta məktəbin şagirdi isə III yerə layiq görülüb.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət