Dərc edildi: Baxış sayı: 494
Bakı Limanında gübrə terminalı inşa edilə bilər
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında gübrə terminalının inşa edilməsi planlaşdırılır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov məlumat verib.
“Orta Asiya ölkələrində gübrə ixracı üçün böyük potensial var. Bu nəzərə alınaraq ötən il Türkmənistanda gübrə terminalı işə başlayıb. Azərbaycan da bu istiqamətdə iş aparır. Hazırda Bakı limanında texniki əsaslandırma işləri görülür və ümid edirik ki, burada da gübrə terminalı inşa ediləcək", - T.Ziyadov deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət