Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Bakı Kompüter Kolleci

Bakı Kompüter Kolleci
Sakura

Bakı Kompüter Kolleci

Bakı Kompüter Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi

 

Tarixi

30 iyun 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Kompüter Litseyinin bazasında yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulmuşdur.

Bakı Kompüter Litseyi 1996-2001-ci illərdə fəailyyət göstərmişdir. İlk dövrdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin eksperimental bazası kimi fəaliyyətə başlayan Bakı Kompüter Kolleci 2001-ci ilin iyul ayının sonunda Təhsil naziri Misir Mərdanovun təşəbbüsü ilə yaradılmışdır.

Bu təhsil müəssisəsi profilinə görə respublikamızda nadir orta ixtisas məktəblərindən biridir. Kollecin yaradılmasında onun ilk direktoru, təhsil nazirliyinin idarə edilməsinin məlumat sistemi şöbəsinin müdiri, ümumtəhsil məktəblərində İKT-nin tətbiqi üzrə BMT layihəsinin direktoru vəzifələrində çalışmış, hazırda Təhsil Nazirliyinin nəzdində yaradılan təhsil sisteminin informasiyalaşması idarəsində şöbə müdiri, fizika-riyaziyyat elmləri namizədi Bilal Hüseynovun böyük əməyi olmuşdur. Məhz bu şəxsin zəhməti və ciddi səyləri nəticəsində Kollecdə bacarıqlı və elmi səviyyəsi yüksək olan bir pedaqoji kollektiv formalaşmışdır.

Hazırda kollektivə informatika sahəsində respublikamızda tanınmış mütəxəssislərdən biri, 2000-2004-cü illərdə Dünya Bankının bir sıra mövzuları üzrə milli məsləhətçisi olmuş İradə Səfərova rəhbərlik edir.

Kollec dövlət təhsil müəssisəsidir. Burada 4 ixtisas üzrə təhsil almaq mümkündür:

  • 1.Avtomatlaşdırılmış sistemləri və hesablama texnikasının proqram təminatı (Bu peşənin əsas aspekti proqramlaşmanın əsaslarını tələbələrə aşılamaqdan ibarətdir).
  • 2.Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının istismarı və servis xidməti (Tələbələr diaqnostlaşmanın əsas elementləri, quraşdırılması, FK-nın texniki qüsurlarının aradan qaldırılması və onun periferiya quruluşunu öyrənirlər).
  • 3.Laboratoiya diaqnostikası (Tələbələr tibbi diaqnostikada istifadə olunan kompüter texnikası ilə davranmaq bacarıq və vərdişlərinə yiyələnirlər).
  • 4.İnformatika (I–IX siniflərdə infomatika fənninin tədrisi ilə bağlı bilik və bacariqları əldə edirlər).

 

Kollecin məqsədləri

  • 1) Tələbə və şagirdlərin şəxsi, potensial intellektual və yaradıcılıq imkanlarının hərtərəfli inkişafını təmin etmək.
  • 2) Tələbə və şagirdləri cəmiyyət və şəxsi həyatda yaradıcılığa hazırlamaq.
  • 3) Təhsil prosesində effektli nəticələrə nail olmaq üçün təhsil alan hər bir fərdin şəxsi təhsil trayektoriyasının həyata keçməsinə şərait yaratmaq.

 

İxtisaslar

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:

  • İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün);
  • Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti;
  • Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı;
  • İnformasiya texnologiyası sistemləri.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR