Slimfit
  1. SİYASƏT

Bakı ilə Ankaranın gizli Meğri planı? – İrəvanda panika

Bakı ilə Ankaranın gizli Meğri planı? – İrəvanda panika
Sakura

Bakı ilə Ankaranın gizli Meğri planı? – İrəvanda panika

Türkiyə ilə Azərbaycan ölkələr arasında birbaşa quru dəhlizinin hərbi yolla bərpası ilə bağlı gizli anlaşıblar.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış erməni hərbi ekspert David Camalyan “Revu” verilişində çıxışı zamanı dilə gətirib.

Onun sözlərinə görə, Ankara və Bakının strateji hədəfi Meğrini geri qaytarmaqdan ibarətdir:

“Rəsmi Bakı bu mövqeyindən geri çəkilməyəcək. Biz isə hazırda illüziyalar qurmaqdayıq. Ermənistan tərəfi hər cür ssenariyə hazır olmalıdır. Qeyd etmək yerinə düşərdi ki, bu gün Azərbaycan Rusiya ilə də uğurlu siyasət yürüdür. Kremlə bu gün öz böyük layihələrində Azərbaycanın iştirak etməsi vacibdir. Bakı isə öz növbəsində bunu anlayır və Qarabağ məsələsində maksimum irəliləməyə çalışır. Bütün bunlar davam edərsə, bu, bizim üçün qəbuledilməz bir ssenaridir. Kremldəki strateji tərəfdaşlarımız bizim də “qırmızı xəttimiz” olduğunu açıq şəkildə bilməlidirlər”.

Aprel müharibəsi mövzusuna toxunan ekspert qeyd edib ki, o zaman erməni tərəfi bir neçə strateji mövqeyini itirib.

“Hazırda Ermənistan bu mövqelərin geri qaytarılması barədə düşünür", - erməni hərbi ekspert vurğulayıb.

Qeyd edək ki, ermənilərin Qafqazda özlərinə dövlət qurmaları üçün Azərbaycanın İrəvan xanlığının ərazisi və İrəvan şəhəri ermənilərə 29 may 1918-ci ildə Azərbaycan parlamentinin qərarı ilə verilib. Meğri, Qafan, Gorus, Dərələyəz və Göyçə ərazisi 1920-ci ildə, Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Ermənistana birləşdirilib. Həmçinin, 1923-cü ildə Dağlıq Qarabağ muxtar vilayəti yaradılıb və Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərə Azərbaycan ərazisində əlavə muxtariyyət də verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR