Dərc edildi: Baxış sayı: 6398
Bakı Humanitar Kolleci
Bakı Humanitar Kolleci (əvvəlki adı: Bakı Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi
Tarixi
Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur.
İxtisaslar
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
- Texnologiya müəllimliyi;
- Musiqi müəllimliyi;
- Təsviri incəsənət müəllimliyi;
- İbtidai sinif müəllimliyi;
- Ailə və ev təhsili;
- Məktəbəqədər təlim və tərbiyə;
- Kitabxana-informasiya təminatı;
- Muzey işi və abidələrin mühafizəsi;
- İnstrumental ifaçılıq (fortepiano, skripka)
Direktorları
- Mikayıl Mirzə (1992-1995)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət