Slimfit
  1. CƏMİYYƏT

Bakı hava limanında sərnişin axını 40% artıb

Bakı hava limanında sərnişin axını 40% artıb
Sakura

Bakı hava limanında sərnişin axını 40% artıb

Bu ilin 6 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi əhəmiyyətli şəkildə artaraq 3,388 milyon nəfərə çatıb. Bu, 2,423 milyon sərnişinin daşındığı ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu dövr ərzində Bakı aeroportu 17-si aşağıbüdcəli (loukoster) olmaqla, 38 aviaşirkət tərəfindən yerinə yetirilən 27,6 min reysə xidmət göstərib.

Beynəlxalq marşrutlarda 3,045 milyon sərnişin daşınıb. Onlardan 1,609 milyon sərnişin (53%) xarici aviaşirkətlərin, 1,436 milyonu (47%) isə milli aviadaşıyıcının payına düşüb. Ən populyar beynəlxalq istiqamətlər Moskva, İstanbul, Tbilisi, Dubay və Əbu-Dabi şəhərləri olaraq qalır ki, burada 6 ay ərzində 1,537 milyon sərnişinə xidmət göstərilib.

Naxçıvan marşrutu üzrə isə AZAL aviaşirkəti tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% çox - 350 min sərnişin daşınıb. Bu istiqamətdə uçuşların sayında da artım qeydə alınıb. 2024-cü ilin altı ayında 3201 uçuş həyata keçirilib ki, bu da ötən ilin eyni dövründəki 2243 reysdən 43% çoxdur. Bu dövr ərzində ən çox uçuş iyulun 2-də qeydə alınıb, həmin gün 17 reys yerinə yetirilib. Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik müntəzəm olaraq 13 reys həyata keçirilir, təlabat yüksək olduğda sərnişinlər əlavə reyslərlə təmin olunur.

Bundan əlavə, Bakı Hava Limanının tranzit qovşağı kimi rolu artmaqda davam edir. 2024-cü ilin yanvar-iyun aylarında tranzit sərnişinlərin sayı 142% artaraq 192 min nəfərdən çox olub. Artım xüsusilə 2024-cü ilin iyun ayında nəzərə çarpıb, tranzit sərnişinlərin sayı ötən ilin iyun ayı ilə müqayisədə 4,5 dəfə artaraq 57,7 min nəfər olub.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda infrastrukturun və göstərilən xidmətlərin təkmilləşdirilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi, habelə səyahətin səmərəliliyini, təhlükəsizliyini və rahatlığını təmin etmək üçün müasir texnologiyaların tətbiqi istiqamətində işlər fəal şəkildə davam etdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR