Slimfit
  1. AZƏRBAYCAN

Bakı ən populyar şəhərlər sırasındadır

Bakı ən populyar şəhərlər sırasındadır
Sakura

“MİR24” və “THE NATİONAL” bu mövzuda reportaj və məqalə hazırlayıb

“Qız qalasından səmalara qədər uzanmaq. Azərbaycanın paytaxtı Bakı şəhəri yay səyahətləri reytinqində MDB-nin ən populyar şəhəri statusunu qazanıb. Belə ki, bu mövsümdə paytaxtı bir milyon turist ziyarət edib”. SİA xəbər verir ki, bu barədə “MİR24” kanalının müxbiri xüsusi reportaj hazırlayıb.

Reportajını İçərişəhərdən başlayan müxbir deyib ki, bütün turistlər praktiki olaraq, Bakı ilə tanışlıqlarını məhz bu köhnə şəhərdən başlayır.

“Burada elə bir harmoniya mövcuddur ki, Şərqlə Avropanı birləşdirir, bura həmin qədimdir, həm də müasir. Bununla da o özünü cəlb edir. Həqiqətən də çox xoş və gözlənilməzdir. Bütün bunlar mənim gözləntilərimi aşıb”-deyə Qazaxıstandan olan turist Dias Axmetov bildirib.

Respublika yalnız qonaqpərvər deyil, eyni zamanda ziyarətçilər üçün təhlükəsizdir

“MİR24”-ün müxbiri reportajına davam edərək deyir ki, hətta Bakıda olmasanız belə, siz bu kiçik küçəni mütləq tanıyırsınız. Kiçik Qalada sovet komediyası “Brilyant əl” filminin bir fraqmenti çəkilib. Ona görə də Qayday komediyasını sevənlərin burada yıxılaraq selfi çəkdirmələrindən təəcüblənmək olmaz.

Mübir digər bir nüansa da toxunub. O, qeyd edib ki, Azərbaycanın paytaxtı onlarla filmin çəkiliş meydançası olub. “Onlar arasında “Amfibiya insan”, “Tehran-43”, “Aybolit-66” və s. göstərmək olar. Ruslan və Lina Permdəndirlər və xüsusilə Qız qalasında olmaq üçün Bakıya gəliblər. Bu qalanın nəyə görə tikilməsi və nə üçün istifadə edilməsi ətrafında alimlər bu gün də mübahisə edirlər”-“MİR24”-ün müxbiri repurtajında əlavə edib.

O, Bakının və Azərbaycanın digər əsas amillərinə də toxunub: “Uzunmüddətli gəzintilərdən sonra susuzluğu aradan qaldıran və gücü geri qaytarmağa kömək edən də məhz çaydır. Azərbaycanın ətirli içkisini armudu stəkanlarda verirlər və qəndlə deyil, Şərqin şirniyyatları, mürəbbələri ilə. Peterburqdan olan Milana Kulik üçün bu adət bir kəşf olub. Milli ornamentlərlə bəzədilmiş ipək örtüklər və xalçalar Azərbaycan suvenirləri arasında ən yaxşıları sırasındadırlar. Respublika yalnız qonaqpərvər deyil, eyni zamanda ziyarətçilər üçün təhlükəsizdir. İlin əvvəlindən isə Azərbaycanı 2 milyon turist ziyarət edib”.

...Və bütün bunlar Dubaydan, yaxud Əbu-Dabidən iki saat yarımlıq uçuş məsafəsndədir...

“Hazırkı zamanda Azərbaycan BƏƏ sakinləri üçün sonuncu variant olub və xüsusilə növbəti İd bayramı üçün”. Bu haqda isə “The National” qeyd edib. Bildirilir ki, burada Azərbaycanın alov qüllələri var ki, Köhnə şəhərin (İçəri Şəhər) gözəl divarlarından kənar göylərə ucalır. Eyni zamanda qeyd olunur ki, şəhərin orta əsrlərə aid hissəsi 1100-cü illərə qədər gedib-çıxır: Karvansarayı mütləq ziyarət edin (yataq və səhər naharı 1500-ci illəri əks etdirir); 29 metrlik Qız qalasını ziyarət edin bə manqalda hazırlanmış balqabağ buterbrodlarını dadın.

Ötən ay qəbul edilmiş qərara görə, Azərbaycanı ziyarət edən BƏƏ vətəndaşları artıq vizalarını rahat şəkildə əldə edə biləcəklər. Qeyd edilir ki, daha öncə vizalar Azərbaycan səfirliyindən alınmalı idi.

“The National” yazır ki, 9 milyon insanı əhatə edən çoxsaylı millətlər ölkənin tarixi boyu Avropanın və Asiyanın tərkib hissəsi olaraq görülür – və bütün bunlar Dubaydan, yaxud Əbu-Dabidən iki saat yarımlıq uçuş məsafəsndədir.

Nəşr Azərbaycan səfirliyinin bəyanatının mətnini də diqqətə çatdırıb:

-BƏƏ-nin bütün vətəndaşları 1 aylıq viza ala bilərlər və qalmaq müddəti, eləcə də BƏƏ-nin pasportu Azərbaycana daxil olan 120 gün müddətində qanuni çərçivədə olmalıdır.

“The National” digər asanlaşdırılmış viza tələblərini də diqqətə çatdırıb: “Azərbaycanda 15 gündən artıq yaşayan bütün xarici vətəndaşlar Dövlət miqrasiya xidmətində qeydiyyatda olmalıdırlar. Əgər 15 gündən artıq müddətdə qalmaq istəsəniz, buyurun, ziyarətinizin ilk günlərindən yaşadığınız oteldən xahiş edin və onlar sizə yardım göstərsinlər”.

O cümlədən xatırladılır ki, Ermənistanın Azərbaycanın işğal etdiyi əraziləri ziyarət etmiş şəxslərə yenidən Azərbaycanı ziyarət etmək üçün viza verilməyəcək.

Sonda isə bildirilir ki, turistlər İçərişəhərdə İpək yolu üzərindəki karvansarayda çay içə, mağara, yaxud, yeraltı restoranlarda nahar edə və Qobustan mağaralarındakı qədim rəsm əsərlərinə baxa bilərlər. “Həqiqətən də şəhərin bir çox maraqlı yerlərini ziyarət etmək olar”-deyə bildirilir.

Rövşən RƏSULOV

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR