Slimfit
  1. HƏRB

Bakı elə bir sistem alır ki, “İsgəndər” raketi... - Xlopotov

Bakı elə bir sistem alır ki, “İsgəndər” raketi... - Xlopotov
Sakura

SAMP-T hava hücumundan müdafiə kompleksi dünyanın ən müasir zenit raket komplekslərindən biridir

SAMP-T hava hücumundan müdafiə kompleksi dünyanın ən müasir zenit raket komplekslərindən biridir.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı ekspert Aleksey Xlopotov deyib.

“Bu kompleks marş vəziyyətində olan mexanikləşdirilmiş birliklərin və stasionar obyektlərin müdafiəsi üçün nəzərdə tutulub. Bu hava hücumundan müdafiə kompleksi Avropa sistemlərinin bir parçasıdır və onun real sınaqları ballistik raketlərin uğurla ələ keçirilməsi imkanlarını sübuta yetirib. Bu kompleks keyfiyyətli Avropa məhsuludur”, – deyə o bildirib.

O, Azərbaycanın bütün növ hədəfləri mümkün məsafələrdə məhv etmək gücünə sahib olan silahlara sahib olduğunu deyib. Xlopotovun sözlərinə görə, hazırda Azərbaycan Ordusunun balansında Rusiyanın S-300PMU2 Favorit, Buk M1, Tor-M2E sistemləri ilə bərabər, İsrailin Barak-8 kompleksi, kiçik məsafəli SPYDERSR kompleksi, Belarusun T-38 Stillet sistemləri də var. Ekspert Azərbaycanın SAMP-T kompleksini ASTER-30 raketləriylə birgə almaqda əsas hədəfinin hava hücumundan müdafiə xətti yaratmaq olduğunu və bununla Rusiya istehsalı zenit raket kompleksləri xəttinə alternativ formalaşdırdığı vurğulayıb:

“Bu, Rusiyanın tədarüklərindən müstəqil olmaq üçün vacibdir. Məsələ ondadır ki, Ermənistanda və Qarabağda situasiyanın kəskinləşməsi zamanı Rusiya Federasiyası Ermənistanın rəsmi müttəfiqi kimi məcburi şəkildə reaksiya verməli ola bilər. Rusiya konfliktə tərəf kimi müdaxilə etməyəcək, amma ondan Azərbaycana qarşı hansısa silahların verilməsinə sanksiyaların qoyulmasını gözləmək olar. Beləliklə, silah tədarükünü diversifikasiya edən Azərbaycan rəhbərliyi böyük xərclərinə rəğmən ağıllı və müdrik davranır. Bu komplekslər hava hücumundan müdafiə ilə bərabər, “İsgəndər” tipli ballistik raketlərin məhv edilməsində vacib və dəyərli uğur sayılmalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR