Bakı bulvarı cənubda Bibiheybətə, şərqdə Zığa qədər genişləndiriləcək
Bakı bulvarının cənub istiqamətində uzadılması uzunluğu təqribən 5,7 km olan 10,7 ha əlavə ictimai yaşıllığın təmin edilməsinə imkan verəcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Bakı bulvarının “Ağ şəhər”dən Zığa doğru uzadılması uzunluğu təqribən 8 km, sahəsi isə 247,8 ha olan əlavə bulvar sahəsinin yaradılmasına imkan verəcək. Bu ərazilər aktiv ictimai yaşıllıqlara çevrilə bilər.
Təklif olunan genişləndirmə layihələri həyata keçirildikdən sonra (ümumilikdə təxminən 258,5 ha ərazidə), yüksək keyfiyyətli ictimai yaşıllıqları olan Bakı bulvarının ümumi uzunluğu 2040-cı il və ondan sonrakı illərdə 25 km-dən çox olacaq. Bu yanaşmanı tətbiq etməklə, Baş Plan
çərçivəsində yaşıllıqların (parklar, meydançalar və Hibrid Yaşıl Dəhlizlər) sahəsi hazırki 920 hadan 2040-cı ilə qədər 2757,3 ha çatacaq. Bunun sayəsində adambaşına düşən ümumi istifadədə olan yaşıllığın sahəsi 8,7 m2 qədər artacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət