Dərc edildi: Baxış sayı: 684
Bakı-Ağstafa-Qazax sərnişin qatarı ləğv edilir
"Azərbaycan Dəmir Yolları" QSC iyulun 15-dən Bakı-Ağstafa-Qazax sərnişin qatarını ləğv edəcək. Bu barədə “APA-Economics”a QSC-dən bildirilib.
Məlumata əsasən, sərnişinlər bu istiqamət üzrə Bakı-Böyük Kəsik qatarından istifadə edə biləcəklər.
“İyulun 15-dən Bakı-Ağstafa-Qazax qatarı ləğv olunacaq və bu istiqamətdə yalnız bir qatar - Bakı-Böyük Kəsik hərəkət edəcək”, - deyə QSC-dən bildirilib.
"Azərbaycan Dəmir Yolları"dan həmçinin qeyd ediblər ki, bu qərar qatarların hərəkətinin optimallaşdırılması məqsədi ilə verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət