Bahar Muradova toyda iştirak edib? - Açıqlama
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Ens.az Teleqraf.com-a istr xəbər verir ki, B.Muradova deyib:
"Mən bir qayda olaraq ictimai rəyi və onu nəzərə almağı vacib hesab etmişəm. Hər zaman insanların istənilən məsələ ilə əlaqədar öz fikirlərini İfadə etməyə olan haqqına hörmətlə yanaşmışam.Hətta şəxsimə yönəlik kəskin tənqidi mövge və ya qərəzli fikirlərə etik çərçivələrə sığmadığı hallarda belə dərhal reaksiya verməyin tərəfdarı olmamışam.
Bir növ dözümlü olmağın səbrsiz və düşünülməmiş hərəkətlərdən üstün olduğu qənaətində olmuşam. Son sözünü əvvəldə deyənlərin hec də yaxşı olmayan aqibətləri də mənim bu qənaətimi möhkəmləndirməkdədir.
Bir də ki, tədbirli adamların hec vaxt yalanları isbatlamağa çalışmamasının doğru yol olduğuna inanıram. Çünki söylənilənlərin həqiqət olmadığını hər kəsdən daha yaxşı o bilir. Yalançılar isə bir qayda olaraq dəlil sübutsuz olduqlarından bir yalanı min dəfə söyləməklə məqsədinə catacağını düşünür.
Bir də ki, səsi özünə xoş gələn zəvzəklərin xorda, özü də xaric oxuduqlarını anlatmaq cox cətin məsələdir və faydasız bir işdir. Nəhayət sözüm mənə qulaq asanlara deyil, dinləyib eşidənlərədir. Dəyərli soydaşlar, sizi bildiklərinizə bir daha əmin etmək istəyirəm ki, pandemiya başlayandan bu günədək heç bir kütləvi tədbirdə, o cümlədən toy, nişan və yas mərasimində iştirak etməmişəm. Baxmayaraq ki, son iki ayda doğmalarımdan iki əziz insanı itirmişəm. Bu barədə nə məlumatın yayılmasına, nə də ki, yas mərasımlərinin keçirilməsinə imkan verməmişəm.
Koronavirus səbəbindən coxsaylı itkilərimz, eləcə də İyul Şəhidlərimizə rəğmən şadyanalıq etməyə, üstəlik də insanların həyatını təhlükəyə atmağa gec bir lüzum görmürəm. Bunu məsuliyyətsizlik, öz istəklərini hər şeydən üstün tutmaq kimi dəyərləndirir, möhtərəm Prezidentimizin bu məsələlərə dair mövqeyinə zərbə kimi qəbul edir və belə tədbirlərə aidiyyəti olmayan adamları dəvət edib gündəmi dəyişənləri şiddətlə qınayıram. Yalan-palan həvəskarlarını isə nəhayət bu yoldan dönməyə,cəmiyyətimizi,ayrı ayrı insanları hədəf secərək hec bir cərcivə gözləmədən əndazəni aşan hərəkətlərdən cəkinməyə cağırıram.
Son iki gün ərzində mənim ünvanıma öz düşüncələrinə və mahiyyətlərinə uyğun fikirlər səsləndirən, status,şərh və acıqlamalarla çıxış edən hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət