Slimfit
  1. MEDİA

Bahar Muradova: 'Bu gün Milli Məclis növbəti əhəmiyyətli addımı atdı'

Bahar Muradova: 'Bu gün Milli Məclis növbəti əhəmiyyətli addımı atdı'
Sakura

Bahar Muradova: 'Bu gün Milli Məclis növbəti əhəmiyyətli addımı atdı'

"Bu gün Azərbaycan Milli Məclisi müstəqillik tariximizin nailiyyətlərindən biri sayılan İnsan Hüquqları üzrə Müvəkkil institutunun həyatında növbəti əhəmiyyətli addımı atdı".

"Report" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib.

"Dönəm etibarı ilə üçüncü, Ombudsman olaraq isə ikinci seçimi təsdiq etdi. Uzun illərin təcrübəsi üzərinə enerji, dinamizm və yeni nəfəs gəldi. Deməli varisliyə əsaslanan inkişaf üçün hər şey var. Çox hörmətli Elmira xanıma, Azərbaycan Respublikasının ilk Ombudsmanına dərin minnətdarlığımı bildirir, Səbinə xanıma isə uğurlar arzulayıram", deyə B.Muradova vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva Azərbaycanın yeni Ombudsmanı seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib. 

Xatırladaq ki, bu vaxta qədər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edirdi. E.Süleymanova 2002-ci ildən 2019-cu ilədək Ombudsman olub. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR