Slimfit
  1. TARİX

Bahadur xan titulu

Bahadur xan titulu
Sakura

Bahadur xan titulu

Hülakülər (Elxanilər) dövlətinin son Qazan xandan sonra hakimiyyətə gələn 9-cu son hökmdarı hökümdarı Əbu Səid Bahadur (1316-1335) xanın qənul etdiyi tituldur.

Hülakülərdən sonra hakimmiyyətə gələn dövlətlər (Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Nadirşah, Hindistandakı Baburlar) özlərini Hülakülərin varisi hesab etdikləri üçün Bahadur xan titulunu qəbul edirlər.

Bahadur xan titulunu fərmanlarda kitabələrdə görmək mümkündür.

"zərb, əl-sultan əla-əzəm, Əbu Səid bahadur xan, xaledüllah mülke, Naxçıvan". Seqmentlərdə: "728 cu ildə" (1328) yazılıb.

Arxa tərəfində isə Səkkizbucaqlı çərçivədə kufi xətti ilə, dairəvi formada : "La ilahə illallah, Muhəmmədun Rəsulullah", simvolun dörd tərəfində rəşidi xəlifələrinin adları zərb edilib: "Əbu Bəkr, Ömər, Osman, Əli" .

Gümüş dirhəm sikkədə Gülistan zərbi "Sultan əl əzim Əbu Səid Bahadır xan xəlladallah ul mülk, Gülistavan, kənarlarda tarixi, digər üzündə kəlimeyi tövhid və 4 xəlifənin adı yazılı

Gümüş dirhəm sikkədə Bazar zərbi "Əbu Səid Bahadır xan xəlladallahül mülk. Bazar" , digər üzündə kəliməyi tövhid yazı

Təbriz hökmdarı Bahadır xan Şeyx Üveys Cəlairdə Bahadır xan tiulundan istifadə etmişdir.

1410-cu il avqustun 30-da Təbriz yaxınlığında öz keçmiş müttəfiqi və yaxın qohumu olan Sultan Əhməd Cəlairini (1382-1410) məğlubiyyətə uğradan Qara Yusif bu Cəlairi hökmdarına hakimiyyətin yeni sülaləyə - Qaraqoyunlulara keçdiyini hüquqi cəhətdən qanuniləşdirən sənəddə Qara Yusif heç də təsadüfi deyil ki, özünü deyil, Sultan Əhməd Cəlairinin qanuni xələfi və varisi hesab edilən Pirbudağı şahlıq taxtına çıxardı. Taxta cülus mərasimindən sonra verilmiş fərman və hökmlərin başında sabiq türk-monqol ibarəsi ilə «Sultan Pirbudaq xan yarlığından! Əbunəsr Qara Yusif Bahadur! Sözümüz!» ifadəsi yazılmışdır.

Ağqoyunlu tarixçisi Fəzlullah ibn Ruzbihan Xunci Həsən Padşah Bayandurun titullarını və əldə etdiyi uğurları belə təqdim edir: “Xaqan əl-afaq, sahibqran, muin əl-xilafə vəs-səltənə Əbunəsr Həsən Bahadur xan...“

İsfahanda Cümə məscidinin kitabəsində::

Həmd olsun Allaha və onun göndərdiyi peyğəmbərinə ki, bizə saleh əməlləri əmr etdi.

Ən qanuni və ən uca sultan Əbul-Nəsr Həsən Bahadır xan. Allah onun hakimiyyətini daim etsin.

.Hansı ki, bu abad məscidi uçub və 880-ci ildə (h.q) təmir edilərək öz yüksək mərtəbəsinə yenidən qayıdıb.

I İsmailin sikkelerinde adeten bu titullar yazılır. sultan el adil el kamil ebül müzeffer Şah İsmail Sefevi bahadır xan

Gümüş sikkədə Bir üzündə Şah Təhmasib bahadır xan. Təbriz 1533-cü ildə (hicri 940), digər üzündə Lailahəilləllah Məhəmməd rəsulallah Əliyyən vəliyullah yazılan sikkə zərb olunub.

Şeyx Sultan Cüneydin oğlu Şeyx Sultan Heydərin türbənin daş kitabəsində qeyd olunur: "Fərman verdi ki, onu bu cəfa dolu zülm quyusundan qurtarıb aşkara çıxarsınlar və məzar üzərində bina tiksinlər. Mərhəmətlə o ali və yüksək dərəcəli cavanın dəfn olunduğu dağın ətəyini 50 zər (1 zər 107 sm-dir) eninə çapıb dərinliyə getdilər. Qədim qəbrin yerini aşkara çıxarıb ona təzim etdilər. Şah Səfi Bahadur xan əl-Hüseynin hakimiyyəti vaxtında bu qəbrin üzərindəki bina yenidən təmir və bərpa olundu. Uzun müddət məlaikələr astanası olan bu dərgahda çoxları şəfa tapdı. Rəcəb ayı min qırx doqquzuncu (1639/1640) il tarixində."

Səfəvi Şah Sultan Hüseyn tərəfindən, Qaracadağ valisi Əmir Bayındır Sultana 1702-ci ildə yazılmış soyurqal sənədi:

"Əbdülmüzəffər Şah Hüseyn əl-Hüseyni əl-Musəvi əl-Səfəvi Bahadır xan və Bəndə-yi Şah-i Vilayət"

Sultan Məhəmməd Bahadır xan Səfəvi h. 1211-1216/1796-

1801-ci illərdə tərtiblədiyi “Töhfətüş-şüəra” təzkirəsi

Naxşıvan imamzadəsində qəbirdə şiələrin səkkizinci imamı İmam Rzanın oğlu dəfn edildiyi deyilir. Epiqraf alim İsa Əzimbəyovun keçən yüzilliyin iyirminci illərində yazdığına görə, türbənin ¬şimal-qərb tərəfində nəsx xətti ilə ərəb dilində yazılmış kitabə olub. Kitabədə yazılıb: . «Bu imarətin bina edilməsini böyük sultan, xaqan, hörmətli əmir, ərəb və ələmlərin hakimi, sultan Əbu Müsəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında, məhrum, günahları bağışlanmış Hacı Fulad bəyin oğlu, zəmanənin xeyirxahı Həsrət Rufai bəy əmr etmişdir. Kitabədə tarix yazılmasa da söhbət 1722-1732 illərdə hakimmiyyətdə olmuş II şah Təhmasibdən gedir.

Astara şəhərinə gedən istiqamətdə, yolun sağ tərəfində, Bakı-Astara magistral yolunun kənarında, Ərçivan qəsəbəsinin cənubunda yerləşən Gəzəndaş ziyarətgahı haqqında Səidəli Kazımbəyoğlu “Cavahirnameyi-Lənkəran” kitabında qeyd edib ki: “Rəvayətlərdə və el arasında dəfələrlə söylənildiyinə görə, Məğfərətpənah Şah İsmayıl Bahadır xan Səfəvi (Şah İsmayıl Xətai) hicrətin 901-ci ilində (1499-1500) qışlamanı həmin məkanda keçirmişdir”

Tarixçi alimi Şeybanilər nəslindən olan Əbilqazi Bahadır xanın qələmə aldığı "Şəcəreyi-tərakimə" əsəri məşhurdur.

Xivə şəhərində yerləşən Kəltə-Minar abidəsi Xivə xanı Məhəmməd Əmin Bahadır xanın ( 1852-1855-ci illərdə) əmri ilə inşa olunub.

Rus dilində eyni menani veren богатыр sözu də türklərdən keçib.

Bəzi qaynaqlar: Dr. Kâzım Paydaş, "Moğol ve Türk-İslâm Devletlerinde Suyurgal Uygulaması" // bilig, Güz / 2006, sayı: 39, səh.211

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR