Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bağırsaqlarınızda möcüzə yaradacaq arıqlama çayı: sadəcə 5 dəqiqəyə…

Bağırsaqlarınızda möcüzə yaradacaq arıqlama çayı: sadəcə 5 dəqiqəyə…
Sakura

Bağırsaqlarınızda möcüzə yaradacaq arıqlama çayı: sadəcə 5 dəqiqəyə…

Son zamanlarda ərik tərkibli arıqlama çayı olduqca populyarlıq qazanıb. Bağırsaqların fəaliyyətini sürətləndirən ərik çayının, həqiqətən də, işə yarayıb-yaramadığını bilmək istəyirsinizsə, yaxın əyləşin. Beləliklə, ərik ilə arıqlama metodlarını təqdim edirik:

Pəhriz üçün mükəmməl lif qaynağı olan ərik tərkibindəki həll oluna bilən liflər sayəsində bağırsaqların sürətli şəkildə işləməsinə yardımçı olur. Yağ turşularını parçlayır və beləliklə, həzmi asanlaşdırır, uzunmüddətli tozluq hissi yaradır. Nəticədə sağlam, təbii yolla arıqlamağa kömək edir. Beyindəki tanyosit adlı hüceyrə iştaha nəzarət etmək imkanı yaradır. Metabolizmin sürətli şəkildə işləməsinə yardımçı olur. Yağ yandırmanı asanlaşdırır.

Quru ərik arıqladır? Ondan necə istifadə etmək lazımdır?

Gün ərzində bir dəfəyə 5 quru ərik yemək bağırsaqları həddən artıq sürətləndirdiyi üçün bəzi sağlamlıq problemləri yarada bilər. Bunun qarşısını almaq üçün səhər yeməyində 3 ədəd ərik yemək kifayət edəcək. Əriyin pəhrizdə ən düzgün istifadəsi gün ərzində 10 ədəddən az yeməkdir.

Quru ərik Günəşin altında qurudulsa, effekti daha yaxşı olacaq.

Ərik pəhrizi

Səhər:

3 ədəd xurma, 3 ədəd ərik, 1 fincan su

Ara öyün:

2 ədəd əncir, 3 ədəd ərik, 1 fincan su

Günorta:

Pomidor, xiyar və kahı ilə hazırlanmış az yağlı salat

Ara öyün:

2 ədəd əncir, 3 ədəd ərik, 1 fincan su

Ara öyün:

3 ədəd xurma, 3 ədəd ərik, 1 fincan su

Ara öyün

1 ədəd elma

Axşam:

Pomidor, xiyar və kahı ilə hazırlanmış az yağlı salat

Ara öyün:

1 ədəd armud, 1 fincan su

Yatarkən:

3 ədəd xurma, 3 ədəd ərikı, 1 fincan su

Qeyd: pəhriz 4 gündən çox davam etdirilməməlidir.

Yağ yandıran ərik qarışımı

2 quru ərik

1 böyük fincan su

5-6 damla limon suyu

Quru əriyi suya atıb üzərinə limon suyu əlavə edin. Axşam hazırlayın, səhər acqarına için.

Ərik çayı arıqladır?

Əriyi meyvə formasında yeməyi sevmirsinizsə, çayından istifadə edə bilərsiniz. Dəmir səviyyəsi yüksək olan ərik anemiya və qəbzlik kimi problemlərin də öhdəsindən gəlir.

Hazırlanması:

Ərik qurusunu yaşıl çay yarpaqları ilə birlikdə dəmləyin. 5 dəqiqə gözlədin və için.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR