Slimfit
  1. CƏMİYYƏT

Bağçalar açılır - valideynlər nələrə diqqət etməlidirlər?

Bağçalar açılır - valideynlər nələrə diqqət etməlidirlər?
Sakura

Bağçalar açılır - valideynlər nələrə diqqət etməlidirlər?

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sentyabrın 15-dən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib ki, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar BŞİH-nin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. İdarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər. İşçi personal hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.

Bəs valideynlər uşaqları bağçaya göndərərkən nələrə diqqət etməlidirlər?

Ens.az xəbər verirki,K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev “Report”a açıqlamasında bildirib ki, bağçalarda uşaqların say məsələsi tənzimlənməlidir. 

O deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara əməl edilməlidir: "Körpələr arasında sosial məsafənin qorunması, əllərinin tez-tez dezinfeksiyaedici məhlularla yuyulması vacibdir. Uşaqları toplu vəziyyətdə bir yerə yığmaq böyük risk təşkil edir. Otaqların dezinfeksiya edilməsi, havasının tez-tez dəyişdirilməsi və uşaqların qidalanmasının qaydalar çərçivəsində olması vacibdir. Bunlara ərazi üzrə Gigiyena və Epidemiologiya mərkəzləri və bağça həkimləri nəzarət etməlidir. Uşaqlara başa salmaq lazımdır ki, bir-birlərinə əl ilə təmas etmək, yaxın məsafədə dayanmaq olmaz. Əlbəttə ki, uşaq bağçalarında yoluxma riskləri var. Buna baxmayaraq, qaydalara riayət olunsa, tam sıfırlanmasa da, yoluxmanı minumuma endirmək olar”.

Pediatr uşaqların səhər yeməyini evdə yemələrini tövsiyə edir: “Bəzi valideynlər var ki, uşağı ac-susuz məktəbə-bağçaya göndərir. Uşaqlar səhər yeməklərini evdə yesələ, yemək zamanı olan təmaslar azalar. Məktəbəqədər yaş dövrü uşaqların gigiyena tələblərinə ən pis əməl etdiyi dönəm sayılır. Ona görə də müəllimlər və valideynlər maksimum çalışmalıdır ki, qaydalara əməl etməklə uşaqların yoluxmasının, zərər görməsinin qarşısını alsınlar”.

Təhsil eksperti Elçin Süleymanov isə “Report”a bildirib ki, uşaqlara açıq havada məşğələlərin keçirilməsi məqsədəuyğundur: "Əgər uşaqda qızdırma və ya koronavirusun başqa simptomları olarsa, valideyn həmin gün övladını bağçaya göndərməməlidir. Çünki xəstəlik kiçik yaşlı uşaqlarda daha sürətli yayılır. Bağçalarda uşaqlar qidalanır, əylənir və yatırlar. Bu səbəbdən sosial məsafəni qorumaq çətin olur. Amma yenə də qrup rəhbərləri çalışmalıdır ki, qaydalara əməl etsinlər.

Təbii ki, səhər körpələrin hamısının temperaturu ölçülməlidir. Uşaqlar qrup işlərində tək-tək, aralı oturmalıdırlar. Tez-tez dezinfeksiyaedici vasitələrdən istifadə etməlidirlər. Bəzən valideynlər düşünür ki, həmin vasitələr, spirt uşaqlara ziyanlıdır. Amma son araşdırmalara görə bunun çox ciddi ziyanı yoxdur. Həmçinin valideynlər fikirləşirlər ki, uşaqlar koronavirusu simptomsuz keçirirlər və fəsadı olmur. Lakin virus uşaqlardan da valideynlərə keçə bilər.

Bağça müəllimi özünü narahat hiss edən, simptomları olan uşağı qrupdan ayırmalı və evə göndərməlidir. Bağça müəllimləri məsuliyyət daşıyırlar. Müəllimlər mütləq maksadan istifadə etməlidir. Uşaqların isə maskadan istifadə etməsi çox çətindir. Bu səbəbdən sosial məsafəyə diqqət etmək və tez-tez dezinfeksiyaedici məhsullardan istifadə etmək lazımdır. Hazırda havalar istidir. Qrup rəhbərləri uşaqlara açıq havada məşğələlər keçə bilərlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR