Slimfit
  1. SİYASƏT

Babası Osmanlıya, özü Bakıya xəyanət etdi... - Politoloq

Babası Osmanlıya, özü Bakıya xəyanət etdi... - Politoloq
Sakura

Babası Osmanlıya, özü Bakıya xəyanət etdi... - Politoloq

İordaniya Ermənistan ilə hərbi əməkdaşlıq edərək müsəlman qanına bais olur. Bu ölkənin hakim ailəsi Haşimilər peyğəmbər nəslindən olduğunu iddia etsə də, müsəlmana yaraşmayan hərəkət edirlər.

Ens.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli İordaniyanın Ermənistana silah satması haqda danışarkən deyib. Politoloq bildirib ki, İordaniyanın Ermənistana silah satması Azərbaycanla münasibətlərinə ciddi ziyan vura bilər:

“Bir neçə gün bundan öncə məlum Tovuz hadisələri fonunda Serbiyanın Ermənistana silah satdığı ortaya çıxmışdı. İstənilən halda rəsmi Belqradın bu addımı “arxadan atılan daş” effekti verdi. İndi isə məlum olur ki, İordaniya da Ermənistana silah satır. Özü də bu əməkdaşlığın əsası 2019-cu ildə qoyulub. Həmin vaxt Ermənistan prezidenti Əmmana rəsmi səfər etmişdi. Kral II Abdullahın 2020-ci ilin fevral ayında İrəvana səfəri Ermənistanla hərbi-texniki əməkdaşlığı xeyli sürətləndirib. İordaniya ilə Azərbaycan arasında çoxtərəfli münasibətlər var. İki ölkə arasında münasibətlər İƏT-də siyasi sferada aparır. Maraqlı məqam isə odur ki, İrodaniya həm rəsmi şəkildə, həm də İƏT-də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, eyni zamanda, işğalçı Ermənistanı tənqid etmişdir. Lakin rəsmi Əmmanın üzdə Azərbaycana dəstək verib, arxadan Ermənistana silah satması bu ölkənin heç də güvənilir tərəfdaş olmadığını, eyni zamanda, ikiüzlü xarici siyasət apardığını göstərir”.

Politoloqun sözlərinə görə, vaxtı ilə Osmanlı imperiyasına xəyanət edən Şərif Hüseynin nəvələri üçün xəyanət babadan qalma bir xüsusiyyətdir:

“İordaniyanın Ermənistana silah satması mənə ötən əsrdə bu ölkənin hakim ailəsi olan Şərif Hüseynin Osmanlılara xəyanətini xatırlatdı. Şərif Hüseyn II Ədbulhəmidin iqtidarı zamanı etibarsız görülərək, İstanbulda saxlanılırdı. Şərif Hüseyn Britaniyaya xüsusi məktubunda Mərsin və Adanadan Mosul şəhərinə qədər çəkiləcək cənub xəttində ərəblərin müstəqil bir hökumət qurmasına icazə verilməsi şərtilə aid olduğu Osmanlı xəlifəliyinə qarşı üsyan edəcəyini bildirmişdi. Hətta Britaniya buna görə Şərif Hüseynə 773 min funt sterlinq maddi dəstək verilmişdi. Lakin nə tarix, nə də ağlı başında olan heç bir ölkə xainləri mükafatlandırır. Şərif Hüseyn 10 iyun 1916 tarixində Osmanlı dövlətinə xəyanət edərək üsyan başlatdı və özünü “Ərəb ölkələrinin kralı” elan etdi. Lakin Britaniya və onun müttəfiqləri bu titulu uyğun görmədilər və onu müstəqil bir idarəçi və rəsmi olaraq “Hicazın hökmdarı və hakimiyyəti” olaraq tanıdılar. Ərəb üsyanından sonra Britaniya Şərif Hüseynə vəd etdiyi torpaqları vermədiyi kimi, onu Kiprə sürgün etdi və həyatının sonuna qədər burada yaşayaraq peşmançılıqla vəfat etdi.

Şərif Hüseyn ömrünün sonunda səhvini başa düşərək çox böyük peşmanlıq çəkmişdir. Bunu onun xatirələrində də görmək olar. Şərif Hüseynin oğlu Əmir Feysəl isə İordaniyanın Haşimilər soyundan ilk kralı olmuşdur. Onu da deyim ki, bugünkü Yaxın Şərqdə baş verən qanlı münaqişələr, problemlər Şərif Hüseynin Osmanlıya xəyanətindən başlayır. Düşünürəm, İordaniya Kralı II Abdullah bu gün babası Şərif Hüseynin yolu ilə gedir: özü də vaxtilə babası Şərif Hüseynin xəyanət etdiyi Osmanlıya yenə xəyanət edən digər bir millətə - ermənilərə dəstək verərək”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR