AzTU-da fakültələr yenidən təşkil ediləcək
Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şuranın iclası keçirilib.
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qəzənfər Bayramov "Report"a bildirib ki, AzTU-nun rektoru Vilayət Vəliyev Texniki Universitetin yüksək texnologiyalar dövrünün çağırışlarına uyğun strateji inkişaf prioritetlərini açıqlayıb.
Ali məktəbin sözçüsü qeyd edib ki, Elmi Şurada universitetdə aparılan elmi-tədqiqat işlərinin ölkə iqtisadiyyatının əsas inkişaf prioritetlərinə uyğun altı istiqaməti müəyyən edilib və bu fonda fakültələrin yenidən təşkilinə qərar verilib: "Bununla bağlı yeni dekan seçkiləri olacaq. Vilayət Vəliyev faktiki olaraq AzTU-da islahatlara, ciddi struktur dəyişikliklərinə start verib. Yeni rektor son iki ayda universitetin fəaliyyəti, potensialının açilması və inkişafı üçün köklü islahatlara zəmin yaradan ciddi addımlar atmağa başlayıb. Universitetin yeni inkişaf konsepsiyası hazırlanır. Gələn il 70 illiyini qeyd edəcək AzTU tarixi ənənələri olan ali təhsil ocağıdır, rektor onun imicinin formalaşmasına xələl gətirən bütün xoşagəlməz hallara qarşı qətiyyətlə mübarizə aparır".
Q.Bayramov deyib ki, rektorun hədəfi AzTU-nun beynəlxalq reytinqini yüksəltmək və regionda aparıcı universitetə çevirməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət