Slimfit
  1. AZƏRBAYCAN

Aztelekom uşaqları internetdə olan təhlükələrdən qorumaq üçün yeni xidmət təklif edir

Aztelekom uşaqları internetdə olan təhlükələrdən qorumaq üçün yeni xidmət təklif edir
Sakura

Aztelekom uşaqları internetdə olan təhlükələrdən qorumaq üçün yeni xidmət təklif edir

Övladlarını internetdə olan zərərli kontentlərdən qorumaq və internetdən maksimum səmərəli istifadə üçün Aztelekom “SAF” xidmətini təklif edib.

 TED.az xəbər verir ki, təqdim edilən “SAF” xidməti istifadəçini internetdə olan təhlükələrdən, o cümlədən viruslu, arzuolunmaz məzmunlardan və zorakılığı təbliğ edən zərərli kontentlərdən qorumaq üçündür.

 Qeyd edək ki, Aztelekom regionlarda məktəblilər üçün keçirdiyi “İnternetdə olan imkanlar və təhlükələr” mövzusunda seminarlarda “Böyüklər üçün nəzərdə tutulmuş saytlarda olmusunuzmu?”, - sualına şagırdlərin təqribən 50%-i “hə” cavabını veriblər və bu cavabı verənlərdən əksəriyyəti bu saytlara istəmədən keçid etdiklərini, axtarış nəticəsində və yaxud spam reklamlara təsadüfən klik etdikdə daxil olduqlarını söyləyiblər.

 Aztelekom.az ünvanına daxil olub şəxsi kabinetdə xidməti aktivləşdirməklə “qara” və “ağ” siyahıya daxil olursunuz. Müntəzəm şəkildə yenilənən “qara siyahı” daha rahat istifadə üçün mövzulara uyğun olaraq bölünüb. Belə ki, bu mövzulardan birini və ya bir neçəsini seçib girişi məhdudlaşdıra bilərsiniz. Həmçinin "qara siyahı"ya təhlükəli hesab etdiyiniz resursları bir-bir əlavə etməklə onlardan istifadəni məhdudlaşdırmaq mümkündür.

 Aylıq haqqı 1,5 AZN-ə olan xidmətə qoşulmaq üçün yaşadığınız ərazi üzrə telekommunikasiya qovşağına ərizə ilə müraciət edərək aylıq abunə haqqını ödəməyiniz kifayətdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR