Slimfit
  1. CƏMİYYƏT

'Azərsu' tibb mərkəzinə 70 min manat borc yazıb

'Azərsu' tibb mərkəzinə 70 min manat borc yazıb
Sakura

'Azərsu' tibb mərkəzinə 70 min manat borc yazıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Atlas Medical Centre” MMC-yə 69 min 336 manat borc məbləği hesablayıb.

"Report" xəbər verir ki, tibb mərkəzi "Azərsu” ASC-yə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia qaldırıb.

1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə təqdim edilən iddia hakim Səbinə Nuriyevanın icraatındadır.

Oktyabrın 10-na təyin edilmiş prosesə tərəflərin nümayəndələri gəlmədiyinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə, məhkəmə ərizəni baxılmamış saxlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR