Slimfit
  1. CƏMİYYƏT

'Azərsu' ağac kəsdiyinə görə cərimələnib

'Azərsu' ağac kəsdiyinə görə cərimələnib
Sakura

'Azərsu' ağac kəsdiyinə görə cərimələnib

Nərimanov Rayon Məhkəməsi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin cərimə edilməsi barədə qərar çıxarıb.

"Report"un xəbərinə görə, məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsi) maddəsi ilə təqsirli bilib.

Bu inzibati xətaya görə, fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il qərarından "Azərsu" ASC sədrinin müşaviri - hüquq departamentinin rəisi Faiq Kazımov tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR