Slimfit
  1. KOSMOS

Azersky peyki üçün avadanlıq alınır

Azersky peyki üçün avadanlıq alınır
Sakura

“Azərkosmos” ASC “Azersky” peykinin idarəetmə infrastrukturunu təşkil edən avadanlıqların ehtiyat hissələrinin…

Xeberler.az bildirir ki, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Azərkosmos” ASC) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Azersky” peykinin idarəetmə infrastrukturunu təşkil edən avadanlıqların ehtiyat hissələrinin satınalınması üçün açıq tender keçirir və bu sahədə xidmət göstərən şirkətləri tenderdə iştiraka dəvət edir. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində olmalıdır.

Tenderdə iddiaçı kimi iştirak və tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-şirkətin tam adı, hüquqi statusu, rekvizitləri haqqında məlumat və təsis sənədləri;
-şirkətin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; 
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

Qeyd olunan sənədlər 19 dekabr 2018-ci il saat 18.00-a qədər təqdim olunmalıdır.
Tenderdə iştirak etmək üçün müraciət edənlərin satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı, maliyyə durumu qənaətbəxş olmalı, müvafiq sahədə təcrübəsi olmalı, texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalı, satınalma prоsedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaхud satınalma müqaviləsinin bağlanması üçün iхtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum оlunmaması, yaхud оnların müvafiq peşə fəaliyyətləri ilə məşğul оlmasının məhkəmə qaydasında qadağan edilməməsi vacibdir. 

Tenderdə iştirak haqqı 165 (yüz altmış beş) manatdır və heç bir halda geri qaytarılmır. Tenderdə iştirak haqqı “Azərkosmos” ASC-nin aşağıdakı bank hesabına ödənilməlidir:

Bankın adı: ”Azərpoçt” MMC PF1
Bankın kodu: 691011
VÖEN : 9900037711
m/h: AZ76NABZ01350100000000094944
h/n : AZ77AZPO91015461200420100090 
S.W.I.F.T. AZPOAZ22

Tender təklifinin qüvvədə olma müddəti - 30 (otuz) bank günüdür.

Tender təklifinin təminatı

Bank zəmanətinin məbləği tender təklifinin ümumi qiymətinin ən azı 1faizi (bir faiz) məbləğində, bank zəmanətinin qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır. 

İcra müddəti

Müqaviləni imzalayacaq qalib şirkət müqavilə imzalandığı gündən başlayaraq 1 (bir) iş günü ərzində müqavilənin icrasına başlamalıdır.

Tender təkliflərinin seçilməsi zamanı üstünlük verilən şərtlər

Qalib iddiaçı, tender təklifinin və iddiaçının tenderin əsas şərtlər toplusuna uyğunluğunun dəyərləndirilməsi və tender təkliflərinin bir-biri ilə müqayisəsi nəticəsində maliyyə və ixtisas meyarları əsasında seçiləcəkdir.

Tender təklifi (bank zəmanəti ilə birgə) 26 dekabr 2018-ci il Bakı vaxtı ilə saat 18.00-a qədər “Azərkosmos” ASC-yə (ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi, 72, M5) təqdim edilməlidir. Tender proseduru 27 dekabr 2018-ci il Bakı vaxtı ilə saat 11.00-da “Azərkosmos” ASC-nin böyük iclas zalında (yuxarıda qeyd olunan ünvanda) başlayacaqdır.

Tender barədə əlavə məlumat almaq üçün “Azərkosmos” ASC-yə müraciət etmək lazımdır.
a) elektron poçtla:
samaddin.asadov@azercosmos.az
Tender komissiyasının sədri – 
Saməddin Əsədov
jeyhun.aliyev@azercosmos.az
Satınalmalar üzrə mütəxəssis – 
Ceyhun Əliyev
b) telefon: (+994) 012 5650055

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR