Slimfit
  1. İQTİSADİYYAT

'Azərpoçt'un əməkdaşları velosipeddən istifadə edəcək

'Azərpoçt'un əməkdaşları velosipeddən istifadə edəcək
Sakura

'Azərpoçt'un əməkdaşları velosipeddən istifadə edəcək -

İlk xəbər saat 13:10-da verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC 25 ədəd 3 təkərli velosipedin satın alınması üçün açıq tender elan edib.

Ens.az “Report”-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 17-si, saat 12:00-a qədər, tender təkliflərini isə iyunun 25-i, saat 12:00-a qədər şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 72 ünvanında yerləşən baş ofisinə təqdim edə bilərlər. 

Tenderin nəticəsi iyunun 29-da, saat 12:00-da vahid dövlət satınalmaları portalında açıqlanacaq. 

***

Məsələ ilə bağlı "Azərpoçt"dan "Report"a bildirilib ki, Ümumdünya Poçt İttifaqının QSF (Xidmət Keyfiyyətinin Yüksəldilməsi) layihəsi çərçivəsində ayırdığı vəsait hər il olduğu kimi, bu il də məktub korrespondensiyasının inkişafına yönəldilir: "Layihəyə uyğun olaraq yük avtomobillərinin və 25 ədəd 3 təkərli velosipedlərin alınması nəzərdə tutulub. Əsas məqsəd regionlarda o cümlədən kəndlərdə məktubların çatdırılmasında operativliyi təmin etmək və keyfiyyəti daha da artırmaqdır. Belə ki, əvvəllər poçtalyonlar normativə uyğun olaraq gün ərzində 5 km məsafədə məktubları ünvana çatdırırdısa, velosiped vasitəsilə 15-20 km yol qət edərək bu işin öhdəsindən daha operativ gələcəklər. Hal-hazırda dünyanın bir çox ölkələrində o cümlədən Fransa, İsveçrə, Almaniya və Niderlandda bu təcrübədən istifadə olunur".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR