Slimfit
  1. AZƏRBAYCAN

"Azərpoçt" ötən il 10 milyona yaxın məktubu ünvanına çatdırıb

"Azərpoçt" ötən il 10 milyona yaxın məktubu ünvanına çatdırıb
Sakura

"Azərpoçt" ötən il 10 milyona yaxın məktubu ünvanına çatdırıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC ötən il 9 966 071 ədəd məktubu ünvanına çatdırıb.

"Report" şirkətə istinadən xəbər verir ki, bunlardan 1 816 196 ədədi sadə, 8 149 875 ədədi isə sifarişli olub. 

Son 1 ildə ünvanına çatdırılan məktubların sayı 1,6% və yaxud 156 693ədəd artıb. 

Ötən il "Azərpoçt" beynəlxalq əlaqələrini bir qədər də genişləndirib. Honkonq şirkəti ilə bağlanmış müqavilə əsasında adı çəkilən ölkədən 365 392 kq, yəni 349 610-u sifarişli və 3 903 303-ü sadə kiçik paket olmaqla 4 252 913 ədəd poçt həcmi gətirilərək tranzit mərkəzdə emal edilib. Buradan isə dünyanın 16 ölkəsinə – ABŞ, Almaniya, Avstriya, Belarus, BƏƏ, Böyük Britaniya, Çexiya, Fransa, İran, İsrail, İtaliya, Qazaxıstan, Lüksemburq, Rusiya Federasiyası, Türkiyə və Ukraynaya göndərilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR