Slimfit
  1. İQTİSADİYYAT

"Azərkosmos”un Vergi Məcəlləsinin bəzi tələblərini pozduğu üzə çıxıb

"Azərkosmos”un Vergi Məcəlləsinin bəzi tələblərini pozduğu üzə çıxıb
Sakura

"Azərkosmos”un Vergi Məcəlləsinin bəzi tələblərini pozduğu üzə çıxıb

 Hesablama Palatası tərəfindən aparılan audit nəticəsinə “Azərkosmos” ASC tərəfindən Vergilər Məcəlləsinin bəzi tələblərinin pozulması aşkar olunub. 

“Report” bu barədə “Azərkosmos” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabata istinadən xəbər verir.

“Azerspace-1” peykinin idarə olunması üçün Azərbaycandakı yerüstü avadanlıqlarda istifadə olunan proqram təminatına texniki dəstək üçün qeyri-rezident müəssisənin yerinə yetirdiyi xidmətlərə görə Cəmiyyət tərəfindən ödənilmiş, ümumilikdə, 283 236,5 manat məbləğində vəsait üzrə əməliyyata görə qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlir əldə etməsinə baxmayaraq Azərbaycanın Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin tələblərinə əməl edilməyərək qeyri-rezidentə ödəmə mənbəyindən 10% dərəcəsi ilə, ümumilikdə, 28 323,6 manat vergi məbləği vergi orqanlarına təqdim edilən bəyannamələrdə nəzərə alınmamış və dövlət büdcəsinə hesablanmayıb.

Cəmiyyətdə mülki-hüquqi müqavilə ilə işləyən işçilərdən gəlir vergisi tutularkən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinin tələbləri düzgün tətbiq olunmayaraq mülki-hüquqi müqavilə ilə işçilərin əsas iş yeri Cəmiyyət olmadığı və muzdlu işə aid edilmədiyi halda onlara hesablanmış əməkhaqqı məbləğindən ölkə üzrə yaşayış minimumunun 1 misli çıxıldıqdan sonra qalan məbləğdən mənbədə gəlir vergisi tutulmuş və nəticədə, ümumilikdə, 1659,49 manat vergi məbləği vergi orqanlarına təqdim edilən bəyannamələrdə nəzərə alınmayıb və dövlət büdcəsinə hesablanmayıb.

“Azerspace-1” peykinin idarə olunması üçün yerüstü avadanlıqlarda istifadə olunan proqram təminatına texniki xidmət üçün qeyri-rezident müəssisənin yerinə yetirdiyi işlərə görə Cəmiyyət tərəfindən həmin müəssisəyə 30.11.2017-ci il tarixində ödənilmiş 30 912,92 manat məbləğində xidmət haqqından  Vergi Məcəlləsinin 169.4-cü maddəsinin tələblərinə əməl edilməyərək 18% vergi dərəcəsi ilə dövlət büdcəsinə 5564,33 manat əlavə dəyər vergisi hesablanmayıb, vergi orqanlarına təqdim edilən bəyannamədə nəzərə alınmamış və dövlət büdcəsinə ödənilməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR