Slimfit
  1. AZƏRBAYCAN

“Azərişıq” qərb regionunda yenidənqurma işləri görür

“Azərişıq” qərb regionunda yenidənqurma işləri görür
Sakura

“Azərişıq” qərb regionunda yenidənqurma işləri görür

“Azərişıq” ASC qərb regionunda yenidənqurma işlərini davam etdirir.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərişıq” ölkə üzrə bütün abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatında yüksək nəticələri almaqda davam edir. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurularaq, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bu ilin ötən aylarında qərb regionunda irimiqyaslı yenidənqurma işləri həyata keçirilib və hazırda davam etdirilir.

Tovuz rayonunda da elektrik enerjisinin verilişində köklü dəyişikliklərə nail olunub. Ötən aylarda görülən işlər sırasında 8 kilometr uzunluğunda olan 6 kilovoltluq (kV) “Aqropark” hava xətti də var. Tam tikilib istifadəyə verilən bu xətt vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait yaradılıb. Uzunluğu 5,74 kilometr olan “Ağdam” hava xəttində isə dayaqlar tam dəyişdirilib, bəzi yerlərdə 10 kV-luq dayaqlar da quraşdırılıb. Rayonun Hunanlar kəndində 3 ədəd, Sarıtala və Qaraboyunlar kəndlərində isə 2 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb, ötürücü dayaqlar dəyişdirilib və SİP kabelləşmə işi aparılıb. Qovlar qəsəbəsində yeni transformator quraşdırılıb, Ağdam kəndində isə yenidənqurma işləri davam etdirilir. Artıq kənddə bir KTM quraşdırılıb, 88 ədəd dayaq basdırılıb və 1680 metr məsafədə SİP kabelləşmə işi başa çatdırılıb. Cəbhəyanı olan bu kənddə hazırda yenidənqurma işləri davam etdirilir. 810 abonentin mövcud olduğu Əlimərdanlı kəndində isə 9 ədəd KTM quraşdırılıb. Özünü daşıyan naqillər üçün 1219 ədəd dayaq yenilənib, 35 min 765 metr məsafədə kabelləşmə işi aparılıb. Hazırda Əlimərdanlı kəndində son tamamlama işləri görülür. Tovuz rayonu Elektrik Şəbəkəsi tərəfindən sayğaclaşma işlərində də böyük nailiyyətlər əldə olunub. Rayondakı abonentlərin əksəriyyəti yeni dövr elektrik sayğacları ilə təmin edilib.

Hazırda Tovuz rayonunda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar, SİP kabellər, KTM-lər və s.) qurlaşdırılır, sayğaclar dəyişdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR