Slimfit
  1. AZƏRBAYCAN

"Azərişıq" Bakının Xəzər rayonunun elektrik şəbəkəsini yenidən qurur

"Azərişıq" Bakının Xəzər rayonunun elektrik şəbəkəsini yenidən qurur
Sakura

"Azərişıq" Bakının Xəzər rayonunun elektrik şəbəkəsini yenidən qurur

"2019-cu ilin tədbirlər planına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən yenidənqurma işlərinin davamı olaraq 10 ədəd transformator məntəqəsi, 7 minə yaxın dəmir-beton dayaqlar, bir neçə min kilometr özünüdaşıyan izolyasiyalı kabel xətləri, elektrik veriliş xətləri, SİP-kabellər və başqa avadanlıqlar Bakının Xəzər rayonuna göndərilib”.

Report” xəbər verir ki, bunu qurumun Mətbuat ximdətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, göndərilən avadanlıqlar bütün yeni texnoloji tələblərə cavab verir: “Bildiyiniz kimi, Bakı şəhəri və ətraf qəsəbə və kəndlərdə yeni müəssisələr yaranır, yeni evlər tikilir, bu isə yeni güc mərkəzlərinin yaranmasını zəruri edir. İndiyə qədər Beyləqan, Ağstafa, Ağsu, Şamaxı, Cəlilabad, Sabirabad rayonları və Bakının Binəqədi və Xəzər rayonlarına bu tipli avadanlıqlar göndərilib. Ölkə Prezidentinin göstərişi əsasında bu işlər davam etdirilir”.

“Azərişığ”ın Xəzər Rayon Elektrik Şəbəkə-İstismar şöbəsinin rəisi Rasim Əhmədov isə “Report”a bildirib ki, Binə qəsəbəsində olan 30 minə yaxın abunəçinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün işlər davam etdirilir: "İlin əvvəlindən bu günə kimi 9 ədəd yeni transformator məntəqəsi quraşdırılıb, yeni güc mənbələri yaradılıb. Binə qəsəbəsi böyük qəsəbə olduğuna görə burada, təxminən, 30 minə yaxın abunəçi var. Son zamanlar bu abunəçiləri dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 10 km-ə qədər 6/10 kilovoltluq xətt yenisi ilə əvəz olunub".

Şöbə rəisinin sözlərinə görə, bununla yanaşı, 110-a yaxın SİP-kabellər çəkilib, 15 ədəd transformator məntəqəsi yenidən qurulub: "Hazırda əsas gücü Binə qəsəbəsinə vermişik. Çünki burada yeni sahələr, evlər tikilir. Bu da yeni güc mərkəzlərinə ehtiyac yaradır. Bundan sonra isə Albaləlıq deyilən ərazinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmağı, bunun üçün həmin əraziyə yeni KTM-lər quraşdırmğı düşünürük. Həmçinin Hövsan, Buzovna, Qala qəsəbələrində də görəcəyimiz işlər var. Maksimum dərəcədə çalışırıq ki, 2019-cu ildə görəcəyimiz işləri müvəffəqiyyətlə yerinə yetirək".

Qeyd edək ki, hazırda "Azərişığ"ın Xəzər rayonunda 70 mindən artıq abunəçi var.

 

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR