Slimfit
  1. MEDİA

“AZƏRİQAZ” istehsalat birliyi mühüm layihənin icrasına başlayıb

“AZƏRİQAZ” istehsalat birliyi mühüm layihənin icrasına başlayıb
Sakura

“AZƏRİQAZ” istehsalat birliyi mühüm layihənin icrasına başlayıb

“Azəriqaz” İstehsalat Birliyi 2020-2021-ci illər ərzində qaz təchizatının yaxşılaşdırılmasına dair böyük bir layihənin icrasına başlayıb. Belə ki, uzun illər istismar olunduqca müxtəlif səbəblərdən torpaq üstünə düşmüş 260 km-ə yaxın qaz xəttinin dayaqlar üzərinə qaldırılması planlaşdırılır. Bununla da belə kəmərlər korroziya təhlükəsindən xilas edilməklə əvvəlki kimi istifadəyə qaytarılacaq. 

2020-ci ilin əvvəlindən reallaşdırılmaqda olan proqram çərçivəsində artıq bir neçə yerdə işlər tamamlanıb. Ramana qəsəbəsinin bir hissəsi, Yeni Ramana, mədən ərazilərindəki yaşayış yerləri, Sabunçu qəsəbəsinin bir hissəsini əhatə etməklə 8-10 min abonentin qazla təminatı üçün nəzərdə tutulan diametri 273 mm olan orta təzyiqli “Ramana-Zabrat” qaz xətti, bu xəttin Şuşa şəhərciyi istiqamətində olan 1700 metrlik hissəsi dayaqlar üzərinə qaldırılıb. Qaradağ rayonunda Umbakı qəsəbə sakinlərinin və həmin yerdəki xəstəxananın qaz təchizatında mühüm rolu olan 159 mm diametrində daşıyıcı “Səngəçal-Umbakı” qaz xəttinin 16 kilometrlik hissəsi də əvvəlki görkəminə qaytarılıb. Qobustan qəsəbəsindəki “Yol evi” adlanan yaşayış massivini təbii qazla təmin edən qaz kəmərinin 3500 metrlik hissəsi, Zərdab rayonunun Salahlı kəndi yaxınlığında Qarasu çayının içindən keçən qaz kəməri də dayaqlar üzərinə qaldırılıb. Sonuncu dəfə bu istiqamətdə görülən işlər isə Cəlilabad və Tərtər rayonu ərazilərində icra olunub. 

Qeyd edək ki, qaz xətlərinin dirəklər üzərindən düşməsi ərazidəki avtomobil yolunun müxtəlif vaxtlarda genişləndirilməsi, asfalt qatının tədricən qaldırılması və digər təsirlərin (beton dayaqların ovularaq sıradan çıxması, yamac hissələrdə dayaqların aşması və s.) nəticəsində baş verir. Əgər həmin yerlərdə torpaqlarda şoranlıq müşahidə edilərsə, qaz xəttinin korroziyaya uğraması da qaçılmazdır. Beləliklə, kəmər torpaqdan və pasdan təmizlənib, əvvəlcə korroziyaya qarşı, daha sonra parlaq boya ilə rənglənib və dəmirbeton dayaqlar üzərinə qaldırılır. Bundan sonra qaz xətlərinin istismar müddəti təqribən 10-15 il uzanır. “Azəriqaz” İstehsalat Birliyinin 2020-2021-ci illər üzrə payız-qış mövsümünə hazırlıq proqramı çərçivəsində 260 km-ə yaxın qaz xəttinin dayaqlar üzərinə qaldırılması, 340 km-ə yaxın qaz xəttinin isə rənglənməsi nəzərdə tutulur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR