Slimfit
  1. MEDİA

“AZƏRİQAZ” İB-DƏ PİLOT LAYİHƏ HƏYATA KEÇİRİLİR

“AZƏRİQAZ” İB-DƏ PİLOT LAYİHƏ HƏYATA KEÇİRİLİR
Sakura

“AZƏRİQAZ” İB-DƏ PİLOT LAYİHƏ HƏYATA KEÇİRİLİR

“Azəriqaz” İstehsalat Birliyində məsləhət xidmətləri üzrə pilot layihənin həyata keçirilməsinə başlanılıb. Layihəyə görə əməliyyat səmərəliliyi, qaz itkisi sisteminin təkmilləşdirilməsi, qaz şəbəkəsinin yenidən qurulması, nəqliyyat dəstəyi istiqamətləri üzrə tövsiyyələrin hazırlanması, icra prosesinə müşahidə dəstəyinin göstərilməsi, “Azəriqaz” İB-nin işçi qrupu üçün təlimlərin təşkili planlaşdırılıb. Bakı şəhərinin Sabunçu rayonunda reallaşdırılan pilot layihəyə 01.06.2020-ci il tarixindən start verilib. Plan üzrə işlər 8 ay davam edəcək. 

Pilot layihə çərçivəsində “Azəriqaz” İB-nin əməkdaşları sənayenin ən qabaqcıl təcrübəsinə yiyələnə biləcək, tövsiyyələr əsasında əməliyyat fəaliyyəti təhlil olunacaq, məsləhətlər təqdim olunacaq. Bu işdə Birlik, tanınmış xarici təşkilatların mütəxəssislərinin təcrübəsindən də yararlanacaq. 

Pilot layihənin həyata keçirilməsindən əvvəl və sonra çatışmazlıqların təhlili və əsas səmərəlilik göstəricilərinin monitorinqinin aparılması əsas hədəflərdəndir. Təhlil və tövsiyyələri özündə cəmləyən yekun hesabat, Bakı şəhəri daxilində 4 istiqamət üzrə gələcək fəaliyyəti ehtiva edən yol xəritəsinin hazırlanması üçün yaxşı baza rolunu oynayacaq. Bakı şəhərinin Sabunçu rayonunda pilot layihənin həyata keçirilməsi başa çatdıqdan sonra bu təşəbbüsün digər istehsalat sahələrinə ötürülməsi də nəzərdə tutulub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR