Dərc edildi: Baxış sayı: 825
Azərbaycanlılarla ermənilər arasında dava - 11 nəfər həbs olundu
Samsxe-Cavaxetiyada azərbaycanlılar və ermənilər arasında 23 avqustda baş verən kütləvi davada 11 nəfər saxlanılıb.
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə məlumat yayan erməni mediası saxlanılanların 8 nəfərinin azərbaycanlı, 3 nəfərinin isə erməni olduğunu qeyd edib.
Kütləvi davanın təşkilində ittiham olunan bu şəxslər barəsində 2 aylıq həbs müddəti seçilib.
Ermənilər həbsə etiraz olaraq Axalkalakidə kütləvi etiraz aksiyası da keçiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət