Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanlıların Əbu-Dabidəki pavilyonu erməniləri bərk qıcıqlandırdı

Azərbaycanlıların Əbu-Dabidəki pavilyonu erməniləri bərk qıcıqlandırdı
Sakura

Azərbaycanlıların Əbu-Dabidəki pavilyonu erməniləri bərk qıcıqlandırdı

Birləşmiş Ərəb Əmirliyinin Paytaxtı Əbu-Dabidə əmir Zeyd İbn Sultana həsr olunmuş festivalda iştirak edən azərbaycanlılar erməniləri qıcıqlandırmağı bacarıblar. 

Oxu.Az xəbər verir ki, Azərbaycanın “Biz dağıq” abidəsi şəklində qurulmuş pavilyonu Ermənistan tərəfi bərk əsəbləşdirib. Müxtəlif erməni xəbər agentlikləri və saytları bu barədə məlumatlar dərc edərək, abidənin özlərinə aid olması barədə hay-küy yaradılblar.

Qeyd edək ki, “Biz dağıq” abidəsi 1967-ci ildə, indi Ermənistanın işğalı altında olan, o zamanlar Stepanakert adlandırılan Xankəndi ərazisində qurulub. Baxmayaraq ki, abidənin müəllifi Sarqis Baqdasaryandır, lakin abidə Azərbaycan tərəfinin razılığı və təşəbbüsü ilə ucaldılıb. 

Abidə dağlarda yaşayıb birlikdə 100 yaşa çatmış iki qocanı, ər-arvadı təsvir edir və Qarabağın uzunömürlülər diyarı olmasına diqqət çəkmək üçün nəzərdə tutulmuşdu. Kənardan baxanda insan simaları həm də torpaqdan boy atan dağ şəklində təsvir olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR