Slimfit
  1. MARAQLI

Azərbaycanlılar pulu ən çox nəyə xərcləyir? - Ərzaq arxa plana keçib

Azərbaycanlılar pulu ən çox nəyə xərcləyir? - Ərzaq arxa plana keçib
Sakura

Azərbaycanlılar pulu ən çox nəyə xərcləyir? - Ərzaq arxa plana keçib

Amerika Birləşmiş Ştatlarında adambaşına illik 31 544 dollar pul xərclənir.

Cebhe.info-nun xəbərinə görə, bu  The Village dərgisinin araşdırması zamanı ortaya çıxıb.  

Amerikalıklar pullarını nəyə xərcləməsinə gəlincə, sorğudan bəlli olub ki, bu xərclərin 2.1%  alkoqollu içkilər, tütün və narkotiklərə  xərclənir. 

Geyim və ayaqqabıya 3,4%;
Ərzaq və alkoqolsuz içkilərə 6,8%;
İstirahət və mədəniyyətlə bağlı tədbirlərə 8,9%;
Mənzil, yanacaq və kommunal xidmətlərə 18,7%;
Səhiyyə xidmətlərinə 20,9%;
Digər xərclərə isə 39,2% xərclənib. 

Bəs, azərbaycanlılar əsasən pullarını nəyə xərcləyir?

Dövlət Statistika Komitəsinin 2018-ci ilin yanvar-iyun aylarının nəticələrinə görə açıqladığı məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 17,1 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 8,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələyib.

Cari ilin birinci yarısında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub.

Ərzaq məhsulları  - 7 743,0 
İçkilər və tütün məmulatları - 756,0
toxuculuq məhsulları, geyim və ayaqqabılar - 3 095,5
elektrik malları və mebellər - 990,5
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları -121,1
əczaçılıq və tibbi mallar - 224,3
avtomobil yanacağı - 972,1
digər qeyri-ərzaq məhsulları üçün isə 3 243,4 milyon manat xərclənib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının 13,8 faizi ticarət müəssisələri, 52,6 faizi fərdi sahibkarlar tərəfindən, 33,6 faizi isə bazar və yarmarkalarda satılıb. 

Cari ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  291,7 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Amerikalıların adambaşına  xərclədiyi illik vəsaitlə müqayisə üçün biz də aylıq ticarət dövriyyəmizi 12-yə vuraraq il ərzində nə qədər pul xərcləyə bildiyimizi hesablayaq. Bu 3500.4 manat edir. Bu rəqəmi dollara çevirdikdə isə 2058.9353 dollar edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR