Slimfit
  1. AZƏRBAYCANLI

Azərbaycanlıdan Türkiyəyə möhtəşəm hədiyyə

Azərbaycanlıdan Türkiyəyə möhtəşəm hədiyyə
Sakura

Azərbaycanlıdan Türkiyəyə möhtəşəm hədiyyə

Türkiyənin Samsun şəhərində keçirilən III Beynəlxalq “Master of Cake” festivalına qatılan azərbaycanlı şirniyyatçı Sənan Paşayev 500 kiloqram şokolad istifadə edərək heykəltaraş Klipperin əsəri olan “Atatürk anıtı”nın bənzərini yaradıb.

Kult.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Məlumata görə, sözügedən əsər ölkəmizdə 3 həftəyə düzəldikdən sonra Samsuna aparılıb. Samsun valiliyi 1.5 metr hündürlüyündəki əsərin muzeydə nümayiş etdirilməsinə qərar verib.

“Uzun illər nümayiş etdirilməsi üçün heykəli Samsun valiliyinə hədiyyə etdik. Yaradılacaq muzeydə əsər vətəndaşlarımıza göstəriləcək. Bilirsiniz, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Bizim üçün də Atatürkün anlamı böyükdür”, - Paşayev bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR