Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanlı Ukrayna prezidenti ola bilər

Azərbaycanlı Ukrayna prezidenti ola bilər
Sakura

Azərbaycanlı Ukrayna prezidenti ola bilər

Ukraynanın mərkəzi seçki komissiyası 31 mart (2019) prezident seçkiləri üçün daha iki siyasətçini – Aleksandr Şevçenko və əslən azərbaycanlı Roman Nəsirovu namizəd olaraq qeydiyyata alıb.

Oxu.Az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, MSK müvafiq qərarı bazar ertəsi keçirilən iclasda qəbul edib.

Ukrayna Fiskal Xidmətinin keçmiş başçısı müstəqil namizəd olaraq qeydiyyata alınıb. A.Şevçenko isə partiyadaxili ilkin səsvermədə qalib gələrək, “Ukrop” partiyasının rəsmi namizədi kimi irəli sürülüb.

Qeyd edək ki, əslən azərbaycanlı Roman Nəsirov 3 mart 1979-cu ildə anadan olub. 2000-ci ildə Çerniqov Dövlət iqtisadiyyat və İdarəetmə İnstitutunu “maliyyə” ixtisası üzrə bitirib.

2001-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunu olub. Şərqi London Universitetinin maliyyə və beynəlxalq menecment üzrə MBA dərəcəsi var.

2005-ci ildə ABŞ Cantor Fitzgerald /BGC investisiya bankının London ofisində broker işinə düzəlib. 2008‑ci ildə Ukraynaya qayıdıb və “Concorde Capital”ın qiymətli kağızlar istiqamətinə rəhbərlik edib. 2009-cu ildə “Renaissance” Kiyev filialının rəhbəri əyin olunub.

2014-cü ildən deputat seçilənə qədər “БТГ Пактуал Комодітіс (Україна)“ MMC-nin direktoru olub.

2014-cü ildə Pyotr Poroşenkonun Bloku partiyasından VII çağırış Ukrayna Ali Radasının deputatı seçilib. Partiyanın seçki siyahısında 51-ci olub.

4 dekabr 2014-cü ildə Ali Radanın vergi və gömrük siyasəti komitəsinin sədri seçilib.

5 may 2015-ci ildə 67 namizəd arasından Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsinə seçilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR